İsrail ümid etməməlidir ki, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ləğvinə cavab verə bilməyəcək...
Poliqon İranın “Press TV” telekanalına istinadən xəbər verir ki, bunu İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əli Abdullahi deyib.
“Sionist rejim İranın bu vəhşiliyə reaksiya verməyəcəyini xəyal etməməlidir", deyə iranlı general vurğulayıb.
Hərbçinin sözlərinə görə, İran İsrailin addımlarına cavab vermək üçün “bütün imkanlarından” istifadə etmək əzmini artıq sübut edib.
Qeyd edək ki, İran rəsmiləri dəfələrlə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qisasını alacaqları ilə bağlı oxşar bəyanatlar veriblər.
Poliqon.info