Rusiyanın xarici ticarət strukturunda Asiya-Sakit okean regionu ölkələrinin ticarət payı 66%-ə çatıb...
Poliqon “RİA Novosti” Agentliyinə xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin (FGX) rəis müavini Vladimir İvin bildirib.
Rusiya ilə ticarətdə Avropa İttifaqının payı isə 11%-ə düşüb. İvin müqayisə üçün qeyd edib ki, 2014-cü ildə Asiya Rusiyanın ticarət dövriyyəsinin cəmi 29%-ni, Aİ-nin isə 47%-ni təşkil edib.
Qeyd edilir ki, Rusiyanın Asiya ölkələri arasında əsas ticarət tərəfdaşı Çindir. Bu, ticarət dövriyyəsinin 34%-ni təşkil edir. Qalan 32% isə regionun digər ölkələri arasında bölüşdürülür.
Poliqon.info