Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BRICS-ə qoşulan Türkiyə iki problemi həll edəcək: Ankaranın hədəfi nədir?

BRICS-ə qoşulmaqla Türkiyə iki problemi həll edəcək. Ankara iqtisadi inkişafı gücləndirə biləcək və mallarını satmaq üçün Avropa İttifaqından daha geniş bazara sahib olacaq...

Poliqon xəbər verir ki, bunu Rusiyanın gazeta.ru portalına müsahibəsində iqtisad elmləri namizədi, Rusiya İqtisad Universitetinin iqtisadi nəzəriyyə kafedrasının dosenti Yekaterina Novikova deyib.

"Məsələn, Türkiyə feldispat ixracına görə dünyada birinci, pomza hasilatında dünya lideridir, həmçinin xrom, mərmər, barit və digər təbii sərvətlər ixrac edir. Türkiyə ABŞAvropa bazarları əvəzinə BRICS alyansı çərçivəsində avtomobil istehsalında mövqe tuta bilər", deyə iqtisadçı izah edib.

O, aydınlaşdırıb ki, BRICS alyansı artıq Qərb bloku ölkələri üçün kifayət qədər güclü alternativə çevrilib. Onun hesablamalarına görə, bütün BRICS ölkələrinin payı artıq bütün dünya iqtisadiyyatının 30%-dən çoxunu təşkil edir ki, bu da Qərb iqtisadiyyatları ilə müqayisə oluna bilər.

Novikova əmindir ki, yeni iştirakçılar sayəsində ittifaq gələcək iqtisadi inkişafı üçün potensialı artıra və iqtisadiyyatlar arasında ticarət əlaqəsinin əsas mərkəzinə çevrilə biləcək. O, əlavə edib ki, ittifaq ölkələri de-dollarizasiya çərçivəsində artıq nağd ödənişlərin alternativ formasının yaradılması üzərində işləyir.

Qeyd edək ki, Bloomberg-in sentyabrın 2-də verdiyi məlumata görə, Türkiyə 2006-cı ildən mövcud olan BRICS alyansına qoşulmaq üçün rəsmi ərizə təqdim edib. Agentlik mənbələri bildiriblər ki, Türkiyə bir neçə ay əvvəl Avropa İttifaqına üzv olmaq üçün onilliklər ərzində irəliləyiş əldə olunmaması ilə bağlı məyusluq fonunda BRICS-ə üzv olmaq üçün müraciət edib.

Mənbələr əlavə edib ki, bu təklif həm də qismən Türkiyənin Ukraynaya müdaxiləsindən sonra Rusiya ilə sıx əlaqələr saxlamasından sonra digər NATO üzvləri ilə fikir ayrılıqlarının nəticəsidir. Xarici İşlər Nazirliyi və Türkiyə Prezident Administrasiyası şərh verməkdən imtina edib.

Bundan əvvək isə Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

BRICS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub. Daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata üzv olub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib, onlardan biri də Azərbaycandır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar