Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda devalvasiya olacaq?

İqtisadçı Asif İbrahimov Azərbaycan hökumətinin ya COP29-dan əvvəl, ya da ən geci 2025-ci ildə yeni devalvasiyaya gedəcəyini proqnozlaşdırır...

O, cütrəqəmli inflyasiyanın qaçılmaz olduğunu düşünür:

“Ən önəmli səbəb Azərbaycanın xarici ticarət balansında yaranan azalmadır. Digər səbəb Azərbayan tipli ölkələrin hər 10 ildən bir öz monetar siyasətlərinə yenidən baxmaq məcburiyyətidir. Devalvasiya qərarlarının verilmə tarixlərinə baxsaq, görərik ki, 2015-ci ildə Avropa Oyunları keçirilib, həmçinin 2017-ci ildə keçirilən İslam oyunlarında dollar 1,95 AZN-ə qədər qalxıb. Azərbaycan əlavə dəyər yaratmağı bacarmır. Demək olar ki, hər şeyi idxal etdiyimizə görə cütrəqəmli inflyasiya qaçılmazdır”. Mövzu ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə hesab edir ki, 2015-ci ildə hökumətin bütün imkanları tükəndiyi üçün devalvasiyaya gedildi, lakin hazırda imkanlar daha genişdir: “2015-ci ildəki devalvasiya zamanı hərraca çıxarılan valyutaların həcmi artmışdı. Elə vəziyyət yaranmışdı ki, 1 milyard dollara yaxın vəsait hərraca çıxarıldı. Cari ilin fevral ayında 922 milyon dollar hərraca çıxarılıb. Bu proses sonrakı aylarda nisbətən səngiyərək, 400, 500, 600 milyon dollara enib. 8 ayda toplam 5 milyard dollara yaxın valyuta hərraca çıxarılıb, lakin ölkəyə 20 milyard dollardan çox valyuta daxil olub. 2015-ci ildə neftin qiyməti 18-20 dollara qədər ucuzlaşmışdı, hökumət xaricdən valyuta cəlb edə bilmirdi, digər tərəfdən Milli Bankın valyuta ehtiyatlarının yarıdan çoxu azalmışdı. Belə bir şəraitdə Azərbaycan çıxış yolunu devalvasiyada gördü. Hazırda neftin qiyməti o dövrdən 5-6 dəfə bahadır. Ölkəyə kifayət qədər valyuta daxil olur. Mərkəzi Bankın valyuta ehtiyatı yanvar ayı ilə müqayisədə 8 ayda az da olsa artıb. Yanvar ayında valyuta ehtiyatı 11,6 milyard dollar idisə, 8-ci aya olan məlumata görə, bu rəqəm 11,7 milyard dollara çatıb. Və bu deməyə əsas verir ki, Azərbaycan manatını sabit saxlamaq üçün kifayət qədər imkanlar var. Eyni zamanda manatın dollara nisbətini hökumət tənzimləyir, onun qərarından asılıdır. Bunun öncədən proqnozunu verə bilmərik”.(KONKRET.az)

Poliqon.info


Etiket: devalvasiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar