Solçular, son seçkidə qalib gələn koalisiyadan baş nazir təyin etməkdən imtina etdiyi üçün prezidentin istefasını tələb edir...
Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu günə qədər Fransanın solçu Yeni Xalq Cəbhəsi alyansının 81 üzvü ölkə prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılmasını tələb edən qətnamə imzalayıb.
İmpiçment prosedurunun gedişi barədə Fransanın “Franceinfo” radiostansiyası məlumat yayıb. Solçular Makron seçkilərdə qalib gələn koalisiyadan hökumət başçısı təyin etməkdən imtina etdiyi üçün onun istefasını tələb edir.
“Hökumətin formalaşdırılmasının qalib gələn partiyaya həvalə edildiyi Avropa İttifaqı ölkələrinin heç birində Makronun imtinasının tayı-bərabəri yoxdur”, deyə solçular istefa tələbi ilə bağlı bildiriblər.
İmpiçment təşəbbüsü solçu “Üsyankar Fransa” partiyasından gəlib. Qərar konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq hazırlanıb və imzalanması üçün deputatlara göndərilib.
Poliqon.info