Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağrılıb...

Politoloq: “Artıq belə görünür ki, “Zəngəzur dəhlizi” çıxmaza çevrilib”.

İran ıslində dəhlizin Ermənistan ərazisindən keçməsinə qarşı çıxır ki, bu da həmin dəhluzin geoiqtisadi əhəmiyyətinfən xəbər verir”.

Bu sözləri politoloq İlyas Hüseynov Rusiyanın Tehrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağırılmasını Poliqon-a şərh edərkən qeyd.

Xəbər verdiyimiz kimi, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağrılıb. Səfirlə görüşdə müxtəlif mövzular müzakirə olunsa da, hiss olunur ki, Tehran Moskvanın “Zəngəzur dəhlizi”nə verdiyi dəstəkdən narahatdır.

Bəs, Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbi nədir və İranın “Zəngəzur dəhlizi”nə qarşı olması əslində Ermənistanın geoiqtisadi layihələrdə iştirakını bloklamaq məqsədi daşımırmı? Bu halda, İrəvanın “Zəngəzur dəhlizi” ilə bağlı sərgilədiyi mövqe nədən xəbər verir?

İranın “Zəngəzur dəhlizi” mövqeyini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “İran açıq şəkildə Ermənistandan əsas nəqliyyat dəhlizinin keçməsinə mane olur və Tehranın bu mövqeyi əslində Azərbaycanın deyil, Ermənistanın maraqlarına ziddir”.

Azərbaycanın da yeni geopolitik konfiqurasiyada öz maraqlarını güddüyünü vurğulayan politoloq Poliqon-a bildirib ki, Azərbaycan üçün Naxçıvanın blokadadan azad olunması müstəsna əhəmiyyətə malikdir:

“Artıq belə görünür ki, “Zəngəzur dəhlizi” çıxmaza dönüşür. Müxtəlif güc mərkəzləri dəhlizin leyhinə və əleyhinə çıxış edir. Bu özünü region dövlətləri ilə yanaşı digər güc mərkəzlərində də göstərir. Əgər İran dəhlizin əleyhinədirsə, Rusiya dəhlizin almasının tərəfindədir. Rusiya çalışır ki, məhz 2020-ci ilin noyabrında imzalanmış şərtlər daxilində komunikasiya xəttləri açılsın. Yəni nəqliyyat marşrutu üzərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına təhlükəsizlik zəmanəti versinlər. Bu Rusiyanın maraqları çərçivəsindədir və Ermənistan da bu istiqamətdə 9-cu maddə ilə üzərinə öhdəlik götürmüşdü. Lakin Ermənistanın Qərbdəki partnyorları bu şərtləri qəbul etmək istəmir, onun icrasından boyun qaçırır, kommunikasiyalar üzərində suverenlik hüququnu əsas gətirir və İrəvan da bunu təkrarlamaqla məşğuldur

İrana gəlincə isə, vəziyyət fərqlidir. İran elə anladır ki, bu kommunikasiya xətlərinin istifadəyə verilməsi Ermənistan-İran xəttini bağlayacaq. İran Qərb ilə əlaqəsini məhz bu kommunikasiya ilə itirəcək. Əslində bu sadəcə uydurma bir mifdir. Çünki Naxçıvanı Azərbaycana bağlayan yol heç bir halda İranla Ermənirtan araslndakı nəqliyyat yollarını bağlamır, əksinə Ermənistan-İran xəttini daha da inkişaf etdirir. Belə bir fikir səsləndirilir ki, Naxçıvanla Azərbaycanın nəqliyyat marşrutları, avtomobil və dəmir yol xəttləri ilə birləşməsi həm də türk dünyasını coğrafi olaraq birləşdirəcək və Tehran buna qaşı çıxır. Güya İran bunu özünə qarşı təhdid kimi qiymətləndirilir.

Məsələ ondadır ki, İran eyni dəhlizin öz ərazisindən keçməsinə etiraz etmir və bunda təhlükə də görmür. Yəni İran əslində dəhlizin Ermənistan ərazisindən keçməsinə qarşı çıxır ki, bu da həmin dəhluzin geoiqtisadi əhəmiyyətindən xəbər verir. Bu dəhlizin geosiyasi və geoiqtisadi əhəmiyyətinə görə də İran dəhliz üzərində nəzarəti ələ keçirməyə çalışır.

İran açıq şəkildə Ermənistandan əsas nəqliyyat dəhlizinin keçməsinə mane olur və Tehranın bu mövqeyi əslində Azərbaycanın deyil, Ermənistanın maraqlarına ziddir. Azərbaycan hər bir halda istədiyi dəhlizi əldə edir, lakin Ermənistan bundan məhrum olur.

İlyas Hüseynov: “Geosiyasi dəyişiklik haqqında danışan Tehran niyə 30 illik işğal dövründə Azərbaycan torpaqlarının itirilməsinə, geosiyasi dəyişikliklərə göz yumdu?”.

Çox təəssüf ki, türklərə qarşı nifrətlərində boğulan ermənilər bunu görsələr də öz geosiyasi vəziyyətlərini düzgün dəyərləndirə bilmirlər. Türklərə nifrət edən ermənilər bizimlə normal şərtlər altında əməkdaşlıq edə bilmirlər və bu da dalandan çıxmaq, Ermənistanın qlobal nəqliyyat dəhlizlərinə qoşulması üçün sonuncu şanslarını yox edir. Yəni faktiki olaraq guya Ermənistanı müdafiə edən İran əslində İrəvanı gələcəyindın məhrum edərək tam olaraq öz nəzarərində saxlamağa çalışır.

Bu xüsusda, Moskvanın da dəhlizə dəstək verməsi fonunda Rusiyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb. Adətən belə hadisələr sərt və kəskin münasibətin göstəricisidir. Xatırladım ki, İran müxtəlif dövrlərdə açıq-aşkar şəkildə siqnallar ötürmüşdü ki, dəhliz İranın geopolitik maraqlarına qarşıdır. Hətta, İran bunu o səviyyədə qiymətləndirir ki, bölgədəki geosiyasi dəyişikliklərin yolverilməzliyi ifadə olunur. Əlbəttə ki, bir nəqliyyat marşrutunun istifadəyə verilməsi geosiyasi dəyişikli anlamını vermir. Yaxud da, geosiyasi dəyişiklik haqqında danışan Tehran niyə 30 illik işğal dövründə Azərbaycan torpaqlarının itirilməsinə, geosiyasi dəyişikliklərə göz yumdu? Niyə Ermənistanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə dəfələrlə dəvət olunub ona sərt etiraz bildirilmirdi?

Əlbəttə, biz bu ziddiyyətli və qarışıq, ölkəmizə qarşı qərəzli dövrü adlayıb keçmək, mehriban qonşuluq münasibətləri yaratmaq, eləcə də tarixi, siyasi, dini, iqtisadi münasibətləri əsas götürərək, həm də yeni səhnədən başlamaq üçün cəhdlər etmişik. Lakin əlbəttə ki, Azərbaycan da yeni geopolitik konfiqurasiyada öz maraqlarını güdür. Azərbaycan üçün Naxçıvanın blokadadan azad olunması müstəsna əhəmiyyətə malikdir. Azərbaycan şərq-qərb nəqliyyat bağlantıkarında gəlirlər əldə etmək istəyir. Eyni zamanda, xalqımızın dayanaqlı, uzunmüddətli rifahı əsas məqsəddir. Mənə elə gəlir ki, burada anlaşılmaz məqamlar aradan götürülməli və Ermənistan nəhayət ki, öz milli maraqlarına uyğun addımlar atmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ən çox oxunanalar