Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Astara şəhərində bıçaqlanma hadisəsi baş verib...

F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb.

Astara rayonun "Gənc Alimlər" təşkilatından Bizim.media-ya verilən məlumatda hadisənin təfərrüatı açıqlanıb.

Məlumata görə, direktor, bir neçə ay öncə, öz katibəsinin montaj edilmiş görüntülərini yayıb:

"Material, saxta olsa belə, qadının nüfuzunun sarsılmasına səbəb olub və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də məhz bu olub. Şantaj hadisəsindən sonra katibə Validə Məmmədova ağır psixoloji-sarsıntı keçirib, səhhəti pozulub və 16 aprel 2024-cü ildə Ülviyyə Bayramovanın tələbini qəbul edərək, işdən çıxmağa məcbur qalıb".

"Gənc Alimlər" təşkilatından verilən digər məlumata görə, tərəflər arasında mübahisə məhkəməyə qədər uzanıb. Avqustun 27-də isə Astara Rayon Məhkəməsi Ülviyyə Bayramovanın xeyrinə qərar çıxarıb. Nəticədə, katibənin həyat yoldaşı, məktəbin gözətçisi işləyən Halik Əli oğlu Nəcəfov, affekt vəziyyətinə düşüb və 2024-cü il sentyabrın 1-də məktəbdə olarkən, direktor Ülviyyə Bayramovaya münaqişə zəminində bıçaqla xəsarət yetirib.

Direktor Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hələ ki onun sağlıq durumu barədə dəqiq məlumat verilmir.

***

"Qafqazinfo" xəbər verir ki, Astara şəhər 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb.

Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib.

Bildirilir ki, Ülviyyə Bayramovanı bıçaqlayan gözətçi məktəbin kargüzarı Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl Validə Məmmədova sosial mediada və kütləvi informasiya vasitələrində Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi.

Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ülviyyə Bayramova isə məktəbin kargüzarını xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə V.Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar