İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərinə üç dəfə zərbə endirib...
Poliqon xəbər verir ki, İsrail ordusunun bəyanatında zərbələrin Hərbi Hava Qüvvələri tərəfindən əsgərlər üçün təhlükə yaradan silahlı yaraqlılara qarşı endirildiyi bildirilir. Fələstin mediası zərbələr nəticəsindəbeş fələstinlinin öldüyünü və bir nəfərin yaralandığını bildirib.
WAFA Agentliyinin məlumatına görə, avtomobilin vurulması nəticəsində 5 gənc həlak olub. Daha bir nəfər yaralanıb və reanimasiyadadır. Media ölənlərin və yaralananların hansısa qruplaşmanın üzvü olub-olmadığını dəqiqləşdirmir.
Hücumun şahidlərinin AFP-yə verdiyi məlumata görə, hava qüvvələrinin zərbəsindən sonra çoxlu sayda İsrail əsgəri Tubas əyalətindəki Faraa qaçqın düşərgəsinə basqın edib.
Poliqon.info