Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda atmosferə atılan tullantıların həcmi 34 min tondan çox artıb    

Ötən il Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalıb...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bununla da çirkləndirici maddələrin həcmi ümumilikdə 965,1 min ton təşkil edib. Onun da 85% faizi və ya 820,8­­­ min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

Məlumatda vurğulanıb ki, avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3% artıb, stasionar mənbələrdən atılan maddələrin həcmi isə 8,9 % azalıb.

Həmçinin stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində 0,9 min ton azalıb, Mingəçevir şəhərində isə 0,2 min ton artıb.

2023-cü ildə stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3%-i təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5%-ni karbon oksidi, 21,3%-i karbohidrogenlər, 13,4%-i azot oksidi, 0,1%-i kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar