Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fitch” Azərbaycanın bank sektorundakı vəziyyəti qiymətləndirib

Azərbaycanın bank sektorunda vaxtı keçmiş borc əmsalı 2023-cü ilin sonunda rekord aşağı səviyyəyə enərək ümumi kredit portfelinin 1,8 %-ni (2022-ci ilin sonunda 2,9 %) təşkil edib, buna isə kreditləşmənin güclü artımı, kreditlərin qaytarılması və silinməsi yardım göstərib...

Bu barədə “Report” “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiq edilməsi ilə bağlı apardığı qiymətləndirilməsinə istinadən xəbər verir.

Azərbaycan banklarının kapitallaşması azalıb, lakin adekvatlıq əmsalına uyğun səviyyədə qalır: sektorun 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 2023-cü ilin sonunda 13,5 % (2022-ci ilin sonunda 15,2 %) təşkil edib. Depozit bazasında cari hesabların üstünlük təşkil etməsi səbəbindən aktivlərin yüksək gəliliyi və orta maliyyələşdirmə dəyəri ilə dəstəklənən sektorun mənfəətliyi güclü olaraq qalıb.

2023-cü ildə əmanətlərin dollarlaşması 40 %-dən aşağı düşərək, tarixi orta göstəriciyə - 35 %-ə yaxınlaşıb”, - “Fitch”in analitikləri hesab edirlər.

“Fitch”in hesabatında vurğulanıb ki, Azərbaycanın bank sektorundakı vəziyyət yaxşılaşıb: “Lakin bu sektor kifayət qədər zəif olaraq qalır”. Bunu “Fitch-in Banking System Indicator”da bank sektorunun “b” reytinqi ilə qiymətləndirilməsi sübut edir.

Xatırladaq ki, Azərbaycanda 23 kommersiya bankı var. Bank sisteminin ümumi aktivləri 31 dekabr 2023-cü il tarixinə 49 milyard 178,19 milyon manat (il ərzində 4,5 % artım) qiymətləndirilir. Ötən il Azərbaycanın bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 23 milyard 979,12 milyon manat (artım 18,8 %), banklardakı depozit portfeli 34 milyard 550,08 milyon manat (artım 2,3 %), o cümlədən əhalinin əmanətləri 12 milyard 582,16 milyon manat (artım 9,6 %) olub.

Bankların ümumi kapitallaşması 6 milyard 63,35 milyon manat (artım 7,8 %) təşkil edir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar