Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN: Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb - Foto, Yenilənib

Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb...

Poliqon xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

***

Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.

Hazırda ərazidə yanğın davam edir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.

Ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq.

Fotolar

Poliqon.info


Etiket: FHN Xankəndi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

KİV: İsrail hərbçilərindən Azərbaycan və Gürcüstanı tərk etmələrini tələb edib

İcbari tibbi sığorta zərfinə daxil edilən onkoloji xəstəliklərlə bağlı müayinələr açıqlanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay