Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda İƏT-in Baş prokurorlarının 4-cü iclası keçirilib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Baş Prokurorluq beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir...

Baş Prokurorluqdan Poliqon-a bildirilib ki, bu çərçivədə sentyabrın 15-də Heydər Əliyev Mərkəzində 1992-ci ildən ölkəmizin üzv olmaqla səmərəli əməkdaşlıq, həmçinin 2023-cü ildən sədrlik etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilib.

Yüksək səviyyəli iclasda İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan Baş prokurorları, Türkiyə Respublikasının Ədliyyə nazirinin və Türkmənistan Respublikası Baş prokurorunun müavininin rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Əli Əlizadə iştirak ediblər.

Qonaqları səmimi qəlbdən salamlayan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Təşkilatın 4-cü iclasının müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini tarixi hadisə adlandıraraq ulu öndərin İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə daim önəm verdiyini, bugün ölkəmizlə təşkilat arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkşaf etməsinin məhz dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində olduğunu vurğulayıb.

Kamran Əliyev müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlətinin ilk daxil olduğu qurumlardan birinin İqtisadi Əməkdaşlıq Təşkilatı olduğunu diqqətə çatdıraraq, bu təşkilata üzv olan ölkələrlə Azərbaycanı ortaq tarix, din, regional iqtisadi və siyasi maraqların birləşdirdiyini qeyd edib.

Çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Jandos Asanov ölkəmizin sədrliyi dövründə Təşkilata üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasının keçirilməsi münasibəti ilə iştirakçıları təbrik edərək bildirib ki, Azərbaycan regional və beynəlxalq iqtisadi təşəbbüsləri hər zaman dəstəkləyən və bu işlərə böyük töhfələr verən bir dövlət olaraq üzv olan dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, enerji, ətraf mühit və cinayətkarlığa qarşı mübarizə sahələri üzrə əməkdaşlıq edir.

Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq islahatları, müxtəlif növ cinayətlərə qarşı mübarizədə ölkəmizin əldə etdiyi nailiyyətlər barədə iştirakçılara məlumat verib.

Bundan sonra nümayəndə heyətləri müxtəlif aktual mövzularda, o cümlədən narkotik qaçaqmalçılığı, kibercinayətkarlıq və digər cinayətlərə qarşı mübarizə, prokurorluğun fəaliyyətinin rəqəmsallaşdırılması sahəsində ölkələrinin əldə etdiyi müsbət nəticələr barədə çıxışlar edərək təcrübə mübadiləsi barədə müzakirələr aparıblar.

Tədbirdə təşkilati məsələlərə baxılaraq, iclasın yekunlarına dair protokol və bəyannamə qəbul edilib.

Sonda xatirə fotosu çəkdirilib.

14:32
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilir.

"Report" xəbər verir ki, iclasda İƏT Baş katibinin müavini, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Qırğız, Tacikistanın Baş prokurorları, Türkiyənin Ədliyyə nazirinin və Türkmənistan Baş prokurorunun müavininin rəhbərlik etdikləri nümayəndə heyətləri, Azərbaycanın İrandakı səfiri, İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Əli Əlizadə iştirak edirlər.

Baş prokuror Kamran Əliyev İƏT-in 4-cü iclasının müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini tarixi hadisə adlandıraraq Ulu Öndərin İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə daim önəm verdiyini diqqətə çatdırıb: "Bu gün Azərbaycanla İƏT arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkşaf etməsi məhz dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsidir".

O bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Müharibənin Zəngəzura keçməsinin qarşısı belə alındı - Marukyan

Ən çox oxunanalar