Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Myanmada xunta ölkədəki etirazlara son qoymaq üçün qadın və uşaqları həbs edir...

BMT nümayəndəsi: Mən Darfurdan Bosniyaya qədər bir çox döyüş bölgəsində olmuşam, lakin Rohingyada qadınlara qarşı cinsi təcavüz cinayətləri qədər məni şoka salan başqa bir bölgə görməmişəm...

Poliqon xəbər verir ki, bunu BMT-nin Myanma Müstəqil İstintaq Mexanizminin rəhbəri Nikolas Koumjian bəyan edib.

1 fevral 2021-ci ildə Cənub-Şərqi Asiya ölkəsi Myanmada baş verən çevrilişdən sonra bölgəyə gedən Birləşmiş Millətlər Təşkilatının (BMT) Myanma Müstəqil İstintaq Mexanizminin rəhbəri Nikolas Koumjian hərbi idarənin insan haqları, qadınların və uşaqların həyatının təhlükədə olması ilə bağlı beynəlxalq təşkilatların xəbərdarlıqlarına məhəl qoymadığını bildirib.

Koumjian Myanmada çevriliş şayiələri ortaya çıxanda BMT-nin ordu ilə keçmiş hökumət arasındakı problemi həll etməyə çalışdığını deyib.

“Biz problemləri həll etməyə çalışarkən ordu çevriliş etdi. Biz narahat olduğumuzu dedik və konstitusiyaya zidd hərəkətlərə yol verməmələri barədə söz aldıq”, deyə Koumjian bildirib.

Myanmadakı hərbi idarənin çevrilişdən qısa müddət sonra beynəlxalq hüquqa və ölkə konstitusiyasına əməl etməyi dayandırdığını qeyd edən BMT rəsmisi əsgərlərin ölkədə fövqəladə vəziyyət elan edərək zorakılıq və qanunsuz həbslərə başladığını bildirib. İlk aylarda hərbi rəhbərliyin dinc nümayişlərə icazə verdiyinə diqqət çəkən Koumjian əlavə edib:

“Xunta üzvləri əvvəlcə sivil aksiyalara göz yumsa da, sonradan “ölümcül qüvvə” dediyimiz real güllələrlə nümayişçiləri məhv etməyə çalışdılar. Əsgərlər sadəcə paytaxtda deyil, ölkənin ən kiçik qəsəbələrində də kiçik hərəkətliliyə çox sərt müdaxilə edir. Ordu xüsusən də jurnalistlər, həkimlər və siyasi müxalifləri hədəfə alır. BMT tərəfindən araşdırılan bu hücumların dinc əhaliyə qarşı sistemli hücum və kütləvi qırğın olduğuna qərar verdik. BMT sistematik məhv edilmə mövzu olduqdan sonra BMT müdaxilə etdi və Myanmaya sanksiyalar tətbiq etməyə başladı”, deyə BMT rəsmisi bildirib.

Hərbi rəhbərliyin etirazçıları potensial “xəyanətkarlar” olaraq gördüyünü qeyd edən Koumjian qeyd edib ki, hərbiçilər ölkəni güc tətbiq edərək nəzarətdə saxlamağa çalışır. Nəzarəti tam şəkildə ələ ala bilmədiyi şəhər mərkəzlərindən uzaqda yerləşən yaşayış məntəqələrindəki insanlara da iğtişaş törətmək üçün mümkün şübhəlilər kimi yaxınlaşır.

Myanmada vətəndaş müqavimətinə və etirazlara son qoymaq üçün hərbçilərin qadın və uşaqları həbs etdiyinə diqqət çəkən Koumjian ölkədə təxminən 2 ildir günahsız olaraq həbsxanada saxlanılan qadınların olduğunu bildirib.

Hərbçilərin mülki yaşayış məntəqələrinə hava hücumu təşkil etdiyini və mülki hədəfləri bombaladığını bildirən Koumjian deyib:

“Təəssüflər olsun ki, ordunun fərq qoymadan həyata keçirdiyi hücumlarda ölkənin müxtəlif bölgələrində onlarla dinc sakin həlak olub. Xüsusilə son zamanlar xunta heç bir xəbərdarlıq etmədən yaşayış məntəqələrinə hava zərbələri endirir. Bu hücumlarda ölənlərlə bağlı əlimizdə məlumatlar var. Aprel ayında Pa Zi Gyi kəndinə edilən hücumda ən azı 100 nəfər həlak olmuşdu”.

Ölkədə qadınlara qarşı edilən cinsi zorakılıqların dəqiq sayının bilinmədiyinə diqqət çəkən Koumjian qadınların ictimai təzyiqdən qaçmaq üçün bu halları səlahiyyətli orqanlara bildirmədiklərini deyib. Koumjian xüsusilə Rohinqyada qadınlara qarşı cinsi təcavüz hallarının çox olduğunu bildirib.

Myanmada hərbi idarəyə tətbiq edilən beynəlxalq sanksiyaların kifayət qədər olmaması səbəbindən ölkədə insan haqları pozuntularının davam etdiyinə diqqət çəkən BMT rəsmisi deyib:

“Mülki insanlara qarşı insan haqları pozuntularına dair dəlilləri davamlı olaraq toplayır, lakin Myanma xuntasını məhkəməyə verə bilmədik. Mən onıarın cinayət məsuliyyətinə cəlb ediləcəyinə inanıram və buna görə də sübut toplamağa davam edirəm”.

Hərbi idarənin ölkədə müsəlmanlara qarşı da insan haqlarını pozduğunu vurğulayan Koumjian xuntanın dinc əhaliyə qarşı hücumlarını “radikal döyüşçülər” adlı yalanlarla ört-basdır etməyə çalışdını və qırğınları gizlətdiyini əlavə edib:

“Hərbiçilər öz məqsədləri üçün ölkə daxilində müsəlmanlara qarşı nifrət yaymağa davam edirlər”.

Hərbi idarənin ölkədə çevriliş tərəfdarı olan sosial media fenomenlərini maliyyələşdirərək geniş kütlələrə anti-müsəlman əhval-ruhiyyəsi yaymağa çalışdığına diqqət çəkən Koumjian “xunta sosial şəbəkələrdə müsəlmanların Buddizmə düşmən olduqlarını və buddist qadınlarla evlənən müsəlmanların arvadlarını dinini dəyişməyə məcbur etməsi barədə dezinformasiya yayaraq ölkədəki İslam düşmənçiliyini qızışdımağa çalışırlar”, deyib.

Qeyd edək ki, Myanma ordusu 2020-ci il ümumi seçkilərində saxtakarlıq iddiaları irəli sürüldükdən və ölkədə siyasi gərginlik yaşandıqdan sonra 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirib. Ordu bir çox məmurları və hakim partiya liderlərini, xüsusən də ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Kyini həbs etmiş və bir il ərzində fövqəladə vəziyyət elan etmişdi.

Çevrilişdən sonra 3000-dən çox insan həyatını ititib, 13 min insan həbs edib, 10 mindən çox insan hələ də həbsxanalarda saxlanılır. Myanma hərbi məhkəmələri 2-si uşaq olmaqla 114 siyasi məhbus barəsində ölüm hökmü çıxarıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar