Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Respublikanski”də həkimlər və tibb bacıları şərlənərək işdən uzaqlaşdırılırlar - İddia

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından (“Respublikanski”) şikayət var...

Poliqon xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

İddia edilib ki, xəstəxanadan bir neçə həkim və tibb bacısı işdən haqsız yerə, şərlənərək uzaqlaşdırılıb.

Eyni zamanda, mühafizədə çalışan qadının vətəndaşlarla kobud davrandığı bildirilir.

Məsələ ilə bağlı TƏBİB ilə əlaqə saxladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, birliyin tabeliyində olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında kadr potensialının gücləndirilməsi, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması istiqamətində islahatlar həyata keçirilir:

“Bu islahatlar fonunda, eyni zamanda, müqavilələrinin başa çatması səbəbi ilə və ya öz istəkləri ilə bir sıra tibb işçilərinin əmək fəaliyyətinə xitam verilib.

Xəstəxananın Təhlükəsizlik Bölməsinin xanım əməkdaşının vətəndaşlarla kobud davranması iddiası həqiqəti əks etdirmir. Sözügedən əməkdaş dəfələrlə vətəndaşlar tərəfindən təhqir və təzyiqlərə məruz qalıb.

Lakin bütün bunlara baxmayaraq, vətəndaş məmnuniyyətini nəzərə alaraq, xəstəxananın rəhbərliyi təhlükəsizlik bölməsinin əməkdaşlarına vətəndaşlara qarşı daha diqqətli olmaq, yaranan narazılıqları dərhal aradan qaldırmaqla bağlı göstəriş verib”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar