Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın başlatdığı əks hücum – Hazırda nələr baş verir?..

Artıq bir neçə aydır ki, Ukraynanın əks-hücum planları barədə məlumat verilir...

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, Ukrayna iyunun 4-də irimiqyaslı hücumlara başlayıb. Ukrayna rəsmiləri genişmiqyaslı hücumu inkar edib, lakin bəzi istiqamətlərdə “hücum əməliyyatları”nı təsdiqləyiblər.

Poliqon xəbər verir ki, The New York Times qəzeti peyk görüntülərinə istinadən Ukraynanın artilleriya zərbələrinin sayını xeyli artırdığını və quru əməliyyatlarını gücləndirdiyini yazıb.

Müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı son üç gündə 71 rus əsgərinin öldüyünü açıqlayıb. Bu o deməkdir ki, rus ordusu müharibənin ilk ayları ilə müqayisədə itkilər verməyə başlayıb.

Cümə axşamı eyni vaxtda bir neçə Qərb nəşri, daha sonra bu münaqişənin əsas salnaməçilərindən birinə çevrilən Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukrayna əks-hücumunun başladığını bildirdi. Bir sıra nəşrlər daha əvvəl - həftənin əvvəlində, Rusiya Müdafiə Nazirliyinin oxşar bəyanatından bir gün sonra başlayan əməliyyatın əlamətlərindən yazıb. Beləliklə, deyə bilərik ki, Qərbdə Kiyev bunu təsdiq etməsə də, Ukraynanın əks-hücuma başladığı barədə ümumi fikir var.

Dörd ukraynalı hərbçi The Washington Post qəzetinə əks-hücumun başladığını bildirib. Bu barədə NBC-yə iki ukraynalı mənbə bildirib. Bu nəşrlər əks-hücumun hansı bölgələrdə başladığı barədə məlumat vermir, lakin The New York Times qəzeti ABŞ-ın yüksək rütbəli rəsmisinə istinadən yazır ki, əsas zərbə Zaporojye bölgəsinə endirilib.

ISW yazır ki, əks-hücum artıq başlayıb və Ukrayna Silahlı Qüvvələri Zaporojye və Donetsk vilayətlərinin sərhədində, eləcə də Zaporojye vilayətinin Orexov rayonunda hücuma keçib. ISW qeyd edir ki, əks-hücum bir irimiqyaslı əməliyyat olmayacaq, çox güman ki, cəbhənin müxtəlif hissələrində müxtəlif intensivlikdə bir neçə hücum olacaq. İnstitut kampaniyanın ilk mərhələsində Ukraynanın itkilərinin olacağını ehtimal edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Reuters-ə bildirib ki, əks-hücum barədə onda məlumatı yoxdur.

Bəs bütün cəbhə xətti boyunca nə baş verir?

Zaporojye vilayəti. Rusiyanın 58-ci Ordusunun komandanı, general-mayor İvan Popov bildirib ki, burada, cümə axşamı gecəsi Ukrayna hərbçiləri Rusiya qüvvələrinin müdafiəsini yarıb Azov dənizinə çatmağa cəhd ediblər. Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin hücumunda 1500-ə qədər adamın və 150 zirehli texnikanın iştirak etdiyini və “düşmən böyük itkilər verərək dayandırılıb və geri çəkildiyini” bildirib. Gecə döyüşünün yüksək intensivliyini həmçinin Baş Qərargah rəisi Valeri Gerasimovun vəziyyətlə bağlı Vladimir Putinə məruzə etməsi olub.

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin cənubuna Orexov şəhəri ərazisindən Tokmak şəhəri istiqamətində hücuma keçməsi bir sıra Z-kanalları tərəfindən də əsdiqlənib. Rusiyayönlü bloger Kirill Fedorov yazıb ki, Ukrayna Silahlı Qüvvələri “maksimum miqdarda texnika və canlı qüvvəni işə salıb, belə bir qüvvə buistiqamətdə heç vaxt istifadə olunmayıb”.

Donetsk vilayətinin qərbi. Burada, iyunun 3-dən başlayaraq Velika Novoselka yaxınlığında və ondan bir qədər aralıda yerləşən Novodonetskoye və Novodarovka (Zaporojye rayonu) kəndlərində döyüşlər gedir. İyunun 4-dən iyunun 6-dək Ukrayna qüvvələri Novodonetski iələ keçirməyə çalışıblar. Rusiyanın hərbi blogerləri Ukraynanın döyüşlər zamanı onlarla texnika itirdiyini yazıblar.

“İyunun 5-6-da Novodarovka bölgəsində Ukrayna Silahlı Qüvvələri böyük zirehli dəstə ilə irəliləyib, videogörüntülərdə zirehli texnikanın minalarla necə partladıldığı əks olunub”, deyə Conflict Intelligence Team Qrupunun təsisçisi Ruslan Leviyev gündəlib hesabatında bildirib. O, hesab edir ki, Ukrayna qüvvələrinin zərbəsinin əsas istiqaməti Zaporojye vilayətinin Orexov rayonunun cənubuna doğrudursa, o zaman Velika Novoselka rayonunda gedən döyüşlər diqqəti yayındıra bilər. DXR qoşunlarının keçmiş komandanı İqor Strelkov (Qirkin) hesab edir ki, hücum həm Zaporojyedə, həm də Donetsk vilayətinin cənubunda başlayıb.

Baxmut. Z-kanalları həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baxmut və Kleşçeevka bölgələrində hücum cəhdləri barədə məlumat verir. CNN xəbər verir ki, bu istiqamətdə də Ukrayna qüvvələri əsgər və texnikada, o cümlədən ABŞ tərəfindən təchiz edilmiş zirehli texnikada xeyli itki verib, lakin eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Baxmut bölgəsində Rusiya qüvvələrinin bir hissəsini məğlub etməyi bacarıb.

OSINT-in analitiki Kirill Mixaylov bildirib ki, indi əsas döyüşlər Orexov və Velikaya Novoselka bölgələrində, eləcə də uzun müddətdir davam etdikləri Baxmut cinahlarında baş verir: “Ukrayna Silahlı Qüvvələrinin gələcək planları barədə danışmaq çətindir, nəzərə almalıyıq ki, qüvvələrin əksəriyyəti hələ də döyüşlərdə şəkildə iştirak etmir", deyə Mixaylov qeyd edib. O qeyd edib ki, baş verənləri “ilk kiçik hücum cəhdləri kimi qiymətləndirmək lazımdır" və bütün əməliyyatın effektivliyinə isə yalnız bir aydan sonra qiymət vermək olar.

Polqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay