Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Makkarti ilə ABŞ-ın iflasını müzakirə edəcək...

ABŞ prezidenti Co Bayden mayın 16-da Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə ABŞ-ın defoltunun qarşısının alınmasını müzakirə edəcək...

ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Respublikaçı Kevin Makkarti ilə ölkədə defoltun qarşısının alınması məsələsini müzakirə etmək planlarını açıqlayıb.

Polqon xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə bazar ertəsi, Filadelfiyada jurnalistlərlə söhbəti zamanı bildirib.

Baydenin sözlərinə görə, görüş çərşənbə axşamı, mayın 16-da baş tutmalıdır. Lakin ABŞ prezidenti dövlət borcunun “tavanının” artırılması ilə bağlı vəziyyət ətrafında məsləhətləşmələrdən danışmayıb.

Qeyd edək ki, Bayden mayın 13-də bildirib ki, administrasiya ilə konqres liderləri arasında milli borc tavanının artırılması ilə bağlı danışıqlar gedir. Eyni zamanda, onun sözlərinə görə, müzakirələr “hələ kritik həddə çatmayıb”. Amerika prezidenti əvvəllər qeyd edib ki, əgər dövlət borcunun “tavanını” qaldırmaq üzrə danışıqlar uğursuz olarsa, o zaman ABŞ-da defolt baş verə bilər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Makkarti aprelin 20-də ölkənin dövlət borcunun “tavanını” 1,5 trilyon dollara qaldırmaq haqqında qanun layihəsi təqdim edib. Bu, 4,5 trilyon dollardan çox qənaət etməyi nəzərdə tutur. Sənəddə həmçinin dövlət xərclərinin illik 1%-dən çox olmayan artımının məhdudlaşdırılması da öz əksini tapıb. Bayden isə öz növbəsində milli borcun “tavanının” avtomatik artırılmasında israrlıdır. Amerika prezidentinin administrasiyası ABŞ Konqresindən heç bir şərt olmadan borclanma limitlərini genişləndirməyi tələb edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar