Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu... - Bu Rusiyanın gözlədiyi və istədiyi nəticədir?

Helsinkinin alyansa üzv olması həm də NATO-Rusiya sərhədinin iki dəfə böyüməsi demək oldu...

Politoloq: “Finlandiyanın rəsmi olaraq NATO-ya üzv olmasını Rusiya gözləyirdi. Amma bu addım qabaqcadan hesablanmamışdı”.

“Düşünürəm ki, bu yeni status-kvoya görə Rusiya günahkardır və Moskva özünü tənqid etməyi bacarmalıdır”.

Bu sözləri politoloq Qabil Hüseynli Finlandiya rəsmi olaraq NATO-ya üzv olmasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu. Beləliklə, rəsmi Helsinki alyansın sayca 31-ci rəsmi üzvü oldu. Məlumdur ki, Finlandiya ilə Rusiya sərhəddir. Helsinkinin alyansa üzv olması həm də NATO-Rusiya sərhədinin iki dəfə böyüməsi demək oldu.

Bəs belə bir nəticə Ukraynaya NATO üzvü olmasın deyə müharibə açan Rusiyanın istədiyi və gözlədiyi nəticədirmi? Digər tərəfdən, Finlandiyanın NATO üzvü olması təhlükəsizlik baxımından Rusiya üçün nələr vəd edir?

Finlandiyanın NATO-ya qəbul olunmasını və Rusiyanın Şimal Alyansı İttifaqı ilə sərhədlərinin iki dəfə artmasını Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qəbul Hüseynli: “Rusiya nəzərə almalıdır ki, dünyadakı proseslərə, dünya düzəninə bu cür vəhşicəsinə müdaxilə etmək olmaz”.

NATO sərhədlərinə yaxınlaşır deyə Rusiyanın hay-küy qopardığını xatırladan politoloq bildirib ki, nəticədə də, NATO-nun Rusiya tərəfindəki sərhədləri iki dəfə böyüdü:

“Məncə, Finlandiyanın rəsmi olaraq NATO-ya üzv olmasını Rusiya gözləyirdi. Amma bu addım qabaqcadan hesablanmamışdı. Bu reallıq ancaq Rusiyanın Ukraynaya təcavüzündən sonra ortaya çıxdı və tamamilə yeni bir geosiyasi status-kvo yaratdı.

Bütün bunlar ona görə oldu ki, Rusiya riskli və beynəlxalq münasibətlərə problem yaradan hərəkətlər etdi. NATO sərhədlərinə yaxınlaşır deyə Rusiya hay-küy qopardı və Ukraynanın NATO-ya üzv olması təhlükəsini özə sürərək öz qonşusunun torpaqlarını işğal etməyə başladı. Nəticədə də, NATO-nun Rusiya ilə sərhədləri iki dəfə böyüdü. Ola bilsin ki, çox yaxın zamanlarda bu sərhədlər daha çox böyüyəcək.

Düşünürəm ki, bu yeni status-kvoya görə Rusiya günahkardır və Moskva özünü tənqid etməyi bacarmalıdır. Rusiya nəzərə almalıdır ki, dünyadakı proseslərə, dünya düzəninə bu cür vəhşicəsinə müdaxilə olmaz.

Qəbul Hüseynli: “Putin “qaş düzəltdiyi yerdə göz çıxarıb” və öz ölkəsinə qarşı təhlükə hesab etdiyi qüvvəni daha da böyüdüb”.

Ümumilikdə hal-hazırda Finlandiyanın NATO üzvü olması Rusiya üçün elə də ciddi təhlükə olmayacaq. Amma gələcəkdə nələrin olacağı ilə bağlı hər cür ehtimal da yürütmək olar. Bu ehtimallar isə heç də Moskva üçün sərfəli deyil. Həmçinin Finlandiya özünün hərbi potensialını durmadan artıran ölkədir. Üstəlik də, NATO-ya daxil ölkələr və ittifaqın nizamnaməsinin 5-ci maddəsinə görə, üzv ölkələrdən birinə müdaxilə olduqda bu bütün üzv ölkələrə təcavüz sayılır.

Ümumi fonda Finlandiya öz təhlükəsizliyini təmin edib. Həmçinin də, Finlandiya özünə müttəfiqlər və silah yoldaşları tapdı. Bununla da bəzi dövlətlərin, xüsusən də Rusiyanın Finlandiya təhdidlər göndərmələrinə əngəlləndi.

Eyni zamanda Rusiya da istəmədiyi bir vəziyyətlə üzləşib və onun şimal sərhədində və Artikada özünə düşmən hesab etdiyi NATO-nun gerostrateji mövqeyi xeyli güclənib. Bütün bunlar isə Putinin və ətrafının yürütdüyü avantürist siyasətin nəticəsi olaraq ortaya çıxıb. Yəni Putin “qaş düzəltdiyi yerdə göz çıxarıb” və öz ölkəsinə qarşı təhlükə hesab etdiyi qüvvəni daha da böyüdüb. Finladiyanın NATO-ya üzv olmasının məntiqi sonucu budur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar