Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistanın uşaqlardan hərbi məqsədlər üçün istifadə etməsi ilk hal deyil...

Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb...

Politoloq: “Ermənistanda uşaqlara hərbi təlimlərdə Azərbaycana qarşı nifrət və zorakılıq halları tədris edilir”.

Azərbaycan XİN hesabatı BMT sənədi kimi yayılmasında məhz Ermənistanın uşaqlardan istifadə edərək Azərbaycana qarşı işğal siyasətini dünyaya göstərir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı hesabatı Poliqon.info-a şərh edərkən qeyd edib.

Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Ümumilikdə, sözü gedən sənədin əhəmiyyətini necə dəyərləndirmək olar? Bu sənəd Ermənistanın sülhə hazır olmadığını dünya dövlətlərinə çatdırılmasında hansısa rol oynayacaq?

Mövzunu Poliqon.info-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Ermənistanın bu kimi cinayətlər etdiyi barədə xeyli faktlara malikdir. Bunu beynəlxalq təşkilatlarda yaymaq lazımdır”.

Azərbaycan Ermənistanın düşmənçiliyi davam etdirdiyini və bunu görə də uşaqlardan istifadə etdiyini dünyaya göstərmək istədiyini vurğulayan politoloq qeyd edib ki, bu sənədin siyasi əhəmiyyəti yüksəkdir:

Ermənistanın uşaqlardan hərbi məqsədlər üçün istifadə etməsi ilk hal deyil və ikinci Qarabağ müharibəsində uşaqlardan istifadə edib. Uşaqlar üçün hərbi təlim keçirilir və bu dövlət tərəfindən dəstəklənir. Bu da Ermənistanın məhz Azərbaycana qarşı düşmən siyasətini davam etdirməsinin bariz nümunəsidir. Uşaqlara hərbi təlimlərdə Azərbaycana qarşı nifrət və zorakılıq halları tədris edilir. Bu da erməni xalqında nifrət və dözümlülüyə gətirib çıxarır. Uzun illərdir ki, Ermənistan orta məktəb və Universitetlərdə bunu tədris kimi tətbiq edir.

Azərbaycan XİN hesabatı BMT sənədi kimi yayılmasında məhz Ermənistanın uşaqlardan istifadə edərək Azərbaycana qarşı işğal siyasətini dünyaya göstərir. Çünki erməni təbliğat maşını Azərbaycana qarşı informasiya savaşı aparır. Azərbaycanda göstərmək istəyir ki, düşmənçiliyi davam etdirən və bunu uşaqlardan istifadə edən Ermənistandir. Bu sənədin siyasi əhəmiyyəti yüksəkdir. Azərbaycan Ermənistanın bu kimi cinayətlər etdiyi barədə xeyli faktlara malikdir. Bunu beynəlxalq təşkilatlarda yaymaq lazımdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Ən çox oxunanalar