Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Rusiya Prezidentinin Monqolustana səfəri ciddi müzakirələrə səbəb olub...

Politoloq: “Putinin Monqolustan səfəri və onun təntənəylə qarşılanması bir daha onu göstərdi ki, “Qlobal Cənub” Qrupuna daxil olan ölkələrin mövcud beynəlxalq münasibətlər sisteminə və beynəlxalq təhlükəsizlik arxitekturasına münasibəti fərqlidir”.

“Əlbəttə, bundan sonra Putinin Braziliyaya da səfəri mümkündür. Dİgər ölkələrə də səfəri mümkündür . Ermənistanla bağlı mühakimələrimizdə tələsməyək”.

Bu sözləri politoloq Zaur İbrahimli Rusiya prezidentinin Monqolustan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putinin Monqolustana səfəri ciddi müzakirələrə səbəb olub. Belə ki, rəsmi Ulan-Batorun Roma Statutunu qəbul etməsinə baxmayaraq Putini həbs etməməsi narazılıqlara səbəb olub. İddia edilir ki, Putin bundan cəsarətlənib Ermənistana da səfər edə bilər. Həmçinin Putinin G20 sammitində iştirak etmək üçün Braziliyaya da səfər etməsi istisna olunmur.

Rusiya liderinin Roma Statusunu təsdiq edən ölkələrə səfər etməsi BCM-ni sıradan çıxara bilərmi?

Vladimir Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfər etməsini Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: ““Qlobal Cənub” ölkələri hesab edirlər ki, Qərb dövlətləri beynəlxalq hüququ özlərinə lazım olan vaxtda və şərtlərdə tətbiq edirlər, digər ölkələrə münasibətdə isə bu ölü qurumlar olaraq qalırlar”.

“Qlobal Cənub” ölkələrinin yeni reallıq yaratmaq istədiklərinin məlum olduğunu vurğulayan politoloq bildirib ki, yeni reallıqda blokun ölkələrinin maraqlarını daha çox nəzərə almalıdır:

“Putinin Monqolustan səfəri və onun təntənəylə qarşılanması bir daha onu göstərdi ki, “Qlobal Cənub” Qrupuna daxil olan ölkələrin mövcud beynəlxalq münasibətlər sisteminə və beynəlxalq təhlükəsizlik arxitekturasına münasibəti fərqlidir. Beynəlxalq Cinayət Məhkəməsi də mövcud beynəlxalq münasibətlər sistemini qorumağa yönəlmiş beynəlxalq mexanizmlərdən biridi. Monqolustan göstərdi və xüsusi bir president yaratdı ki, bu məsələlərdə siyasi baxış ön plana çıxır. Eyni zamanda müasir geosiyasi problemlərə indiki beynəlxalq hüquq prizmasından baxmaq doğru olmazdı. Çünki “Qlobal Cənub” ölkələri hesab edirlər ki, beynəlxalq hüququn indiki formatı və əsasları daha çox Qərb ölkələrinin marağına xidmət edir.

O cümlədən, “Qlobal Cənub” ölkələri hesab edirlər ki, Qərb dövlətləri beynəlxalq hüququ özlərinə lazım olan vaxtda və şərtlərdə tətbiq edirlər, digər ölkələrə münasibətdə isə bu ölü qurumlar olaraq qalırlar. Bu baxımdan qeyd etmək olar ki, Beynəlxalq Cinayət MƏhkəməsinin nüfuzunu və onun beynəlxalq hüququn qoruyacağını zəmanət verən mexanizm kimi etibarlılığına ciddi şübhə yarandı. Məlum oldu ki, “Qlobal Cənub” ölkələri yeni reallıq yaratmaq istəyirlər və hesab edirlər ki, yeni reallıqda blok ölkələrinin maraqlarını daha çox nəzərə almalıdır.

Əlbəttə, bundan sonra Putinin Braziliyaya da səfəri mümkündür. Dİgər ölkələrə də səfəri mümkündür . Ermənistanla bağlı mühakimələrimizdə tələsməyək. Həmçinin nəzərə alaq ki, dəvət edən ölkənin istəyi olmasa, Beynəlxalq Cİnayət Məhkəməsinin verdiyi qərarları yerinə yetirmək qeyri-mümkündür. Bu baxımdan, Monqolustanın bu cür davranışı yeni president və yeni reallıq yaratdı”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Paşinyan hansı səbəbdən Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ən çox oxunanalar