Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb...

Poliqon.info xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi – Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunan “Ali məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfrans çərçivəsində məhsuldar müzakirələr arzulayıram.
Müasir Azərbaycan Respublikasının hüquqi varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu sahəsində əsaslı tədbirlər görülmüş, o cümlədən yeni məhkəmə-hüquq sisteminin təsis edilməsi ilə bağlı tarixi qərarlar qəbul edilmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəmə orqanları fəaliyyətə başlamışdır. 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süquta uğraması səbəbindən Azərbaycanda kassasiya instansiyası məhkəməsinin yaradılması yalnız ölkə tarixinin növbəti mərhələsində mümkün olmuşdur.

1923-cü ildə təsis edilmiş ali məhkəmə orqanı sovet dövrünün bütün çətin sınaqlarından keçmiş, məhkəmə sisteminin təkmilləşdirilməsində, hüququn və onun tətbiqi təcrübəsinin zənginləşdirilməsində, peşəkar milli hüquqşünas kadrların yetişdirilməsində iştirak etmişdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi müəyyənləşdirilmiş, Ali Məhkəmə başda olmaqla müstəqil, üçpilləli məhkəmə sistemi təsbit edilmişdir. Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində, mütərəqqi hüquqi yanaşmalar və modellər nəzərə alınmaqla, müasir Azərbaycan məhkəmə sisteminin yaradılması məqsədilə fundamental islahatlar aparılmışdır.

Məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olmuşdur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir. Qeyd edilən istiqamətlərdə əhəmiyyətli nailiyyətlərin əldə edilməsində Ali Məhkəmənin xüsusi rolu vardır. Ali Məhkəmə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi institutlarının formalaşdırılması sahəsində məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirməli, insan hüquqlarının müdafiəsinə yönəlmiş yeni hüquqi mexanizmlərin müəyyənləşdirilməsinə, məhkəmələrdə hüquqi məsələlərin həllində vahid təcrübənin təmin edilməsinə töhfə verməlidir.

Müasir cəmiyyətlərin qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsi institutlarının da fəaliyyətinə təsir göstərir. Pandemiyalar daxil olmaqla müxtəlif böhran vəziyyətlərində məhkəmələrin insanlar üçün əlçatanlığının, bununla belə məhkəmə prosesinin çevikliyinin və ədalətliliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətində qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və süni intellekt elementlərinin tətbiqi, eyni zamanda, bu texnoloji yeniliklərdən insan hüquqlarına və etik prinsiplərə riayət olunmaqla istifadə edilməsi, ictimai münasibətlərin sürətlə dəyişməsi ilə əlaqədar hüququn təkamülü və onun sabitliyinin qorunması məqsədləri arasında effektiv balansın təmin edilməsi kimi məsələlər belə çağırışlar sırasındadır.

Ümidvaram ki, bugünkü beynəlxalq konfrans çərçivəsində müasir çağırışların müzakirəsi ədalət mühakiməsinin məqsədlərinə nail olunmasına, bununla da cəmiyyətimizin tərəqqisinə dəyərli töhfə verəcəkdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini və işçilərini 100 illik yubiley münasibətilə təbrik edir, peşə fəaliyyətində uğurlar arzulayıram!"

poliqon.info


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay