Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: “Üçüncü dünya müharibəsi olmayacaq”

Ukrayna Rusiyanın torpaqlarımıza təcavüzünü dayandıracaq...

“Keçən ilin ən yaxşısı - sizsiniz. Azad dünyanın azad insanları...”

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Qızıl Qlobus” film mükafatının izləyicilərinə müraciəti zamanı deyib.

Ukrayna prezidentini amerikalı aktyor və rejissor Şon Penn təqdim edib. O, ötən ilin noyabrında Kiyevdə Zelenski ilə görüşüb və Ukrayna haqqında sənədli film çəkib.

Daha sonra Zelenski tamaşaçılara videomüraciət edib və 1944-cü ildə baş tutan ilk “Qızıl Qlobus”u xatırladıb.

“İkinci Dünya müharibəsi hələ bitməmişdi, amma vəziyyət dəyişmişdi, hamı kimin qalib gələcəyini bilirdi. Qarşıda hələ döyüşlər və göz yaşları var idi, məhz o zaman 1943-cü ilin ən yaxşı ifaçılarını təltif etmək üçün “Qızıl Qlobus” mükafatı yarandı... İndi 2023-cü ildir, Ukraynada müharibə hələ bitməyib, amma vəziyyət dəyişir”, - deyə o qeyd edib.

Prezident vurğulayıb ki, bu müharibədə kimin qalib gələcəyi artıq bəllidir. Qeyd olunur ki, Zelenski Ukraynanın qələbəsi ilə bağlı proqnozunu açıqlayanda tamaşaçılar alqışlayıblar.

“Qarşıda hələ döyüşlər və göz yaşları var, amma indi mən dəqiq deyə bilərəm ki, keçən ilin ən yaxşısı kimdir. Bu - sizsiniz. Azad dünyanın azad insanları. Bizim azadlıq uğrunda ümumi mübarizəmizdə azad Ukrayna xalqının dəstəklənməsi ətrafında birləşənlər...

Üçüncü dünya müharibəsi olmayacaq, bu, trilogiya deyil. Ukrayna Rusiyanın torpaqlarımıza təcavüzünü dayandıracaq”, - deyə Zelenski vurğulayıb.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay