Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə milli çempionatların yüksək dəstəsində ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb...

“Report” IFFHS-in saytına istinadən xəbər verir ki, bu siyahıya düşmək üçün futbolçunun klubu dünya ölkələrinin liqalarının reytinqində “ilk 100-lük”də olmalıdır.

Bu səbəbdən ötən il 35 dəfə fərqlənərək ən çox qol vuran monteneqrolu Boris Kopitoviç bu siyahıdan kənarda qalıb. Onun çıxış etdiyi “Tampins Rovers” “100-lüy”ə düşə bilməyən Sinqapur liqasını təmsil edir.

Qalib isə Braziliyanın “Fluminense” klubunun hücumçusu German Kano olub. Argentinalı ötən ili 33 qolla tamamlayıb.

Sinqapurun “Albireks Niqata” klubundan Kodai Tanaka və Yeni Zelandiya təmsilçisi “Kaşmer Texnikal”ın üzvü Qarban Kuqlan da eyni sayda qol vursalar da, sözügedən səbəblərdən siyahıdan kənarda qalıblar.

İkinci pillənin sahibi Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappedir. O, geridə qoyduğumuz ildə 32 dəfə qol sevinci yaşayıb.

“İlk 3-lüy”ü Meksika “Paçuka”sından argentinalı Nikolas İbanyez qapayır – 31 qol.

Ötən ili Almaniyada “Borussiya Dortmund” və İngiltərədə “Mançester Siti”nin heyətində keçirmiş norveçli Erlinq Holand 30 qolla 4-cüdür.

İlə “Bavariya”da (Almaniya) başlayan və “Barselona”da (İspaniya) yekun vuran polşalı Robert Levandovski isə 29 qolla 5-ci olmağı bacarıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Ən çox oxunanalar