Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənsitanın səfiri “The Telegraph”da nəşr etdirdiyi məqaləsində Rusiyanın adını çəkməkdən qorxdu…

Səfirin Britaniya mətbuatında dərc olunan məqaləsində ənənəvi erməni xislətinə uyğun olaraq qərəz, böhtan və təhriflərlər dolu məqaləsində bəzi diqqəti çəkən məqamlar da yer alıb...

Ermənistanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Varujan Nersesyan Ermənistan-Azərbaycan münqaişəsi ilə bağlı “The Telegraph” nəşrində “Ermənistanla Azərbaycan arasında ədalətli sülh ola bilərmi? Erməni baxışı” adlı məqalə (https://www.telegraph.co.uk/news/2022/11/01/can-just-peace-armenia-azerbaijan-armenian-perspective/) dərc etdirib.

Səfir sülh yaradılması ilə bağlı Avropa İttifaqı və Fransa vasitəçiliyi ilə keçirilən görüşlərdən söz açsa da, məqalənin dərc edilməsindən cəmi bir gün əvvəl baş tutmuş Soçi görüşünı toxunmur. Bundan başqa, öz günahlarını ört-basdır etməkdən ötrü 10 noyabr 2020-ci tarixli Üçtərəfli Bəyanat barədə heç nə yazmır.

Səfir sanki Rusiyanın adını çəkməyə ehtiyat edir.

Pia.AZ məqaləni qısa ixtisarla oxucularının diqqətinə təqdim edir…

“Vəziyyət bir neçə ay əvvəl olduğundan daha perspektivlidir, lakin uzunmüddətli həll yolu tapmaq üçün siyasi iradə və kompromis lazımdır.

Azərbaycan sülhdən danışır, bəs onlar hansı sülhü axtarırlar?

Azərbaycanın Ermənistana son hücumu on göstərir ki, Bakıda sülhü tamamilə fərqli görürlər. 2021-ci ildə Azərbaycan Ermənistanın 42 kv.km ərazisini işğal edib və 2022-ci ilin sentyabr hücumundan sonra bu rəqəm təxminən 3 dəfə artıb. Azərbaycanın avtokratik hakimiyyəti yeni torpaqların işğalını yüksək qiymətləndirib və verilən açıqlamalardan da görünür ki, Azərbaycan Ermənistana qarşı öz təcəvüzkar siyasətini yürütməkdə davam edəcək. İlham Əliyev son çıxışında da vurğularıb ki, “ona heç kim və heç nə mane ola bilməz”.

Hərbi əməliyyatların dayandırılmasından iki il keçməsinə baxmayaraq, onlarla erməni hərbi əsir hələ də Azərbaycanda saxlanılır. 2020-ci ildə Azərbaycan hökuməti Dağlıq Qarabağa qarşı müharibədə işğal etdiyi ərazilərdə dini obyektlərin üzərindəki erməni yazılarını yox etmək niyyətində olduğunu bəyan edib.

Ukraynada baş verən faciə Azərbaycan üçün faydalı oldu və diqqəti yayındırdı, lakin bəlkə də bu, bizim hamımızın diqqət etməli olduğu bir dərsdir. Beynəlxalq ictimaiyyət istənilən hərbi eskalasiyaya qarşı ayıq-sayıq olmalı və hərtərəfli sülhə aparan aydın yolun tapılmasına yardımcı olmalıdır. 2020-ci ildə müharibə başa çatdıqdan sonra Ermənistan hökuməti “sülh gündəliyi”ni qəbul edərək Cənubi Qafqazda dinc inkişaf erasını açmağı öhdəsinə götürüb.

Ötən ay BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə bildirib ki, hər bir xalqın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması bizim sülh müqaviləsi imzalaya biləcəyimiz deməkdir. Bu tanınma olmadan bağalanacaq sülh “kabus müqaviləsi” olacaq ki, nəticədə Azərbaycan sərhədlərin delimitasiyası prosesindən yeni ərazi iddiaları ilə çıxış edə və işğal siyasəti apara bilər.

Bundan əlavə, baş nazir bir daha vurğuladı ki, Ermənistanın yol-nəqliyyat şəbəkəsi Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedə bilməsi üçün açıq olacaq, lakin bu, “Ermənistana qarşı yeni təcavüz üçün bəhanə kimi” ekstraterritorial dəhliz təşkil etməyəcək.

Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll etmək olmaz. Mövcud beynəlxalq mexanizmlərə əsasən, Azərbaycan oradakı Dağlıq Qarabağdakı hakimiyyət orqanları ilə yekun statusu, təhlükəsizliyi və insan hüquqları ilə bağlı məsələləri həll etmək üçün oradakı hakimiyyət orqanları ilə birbaşa danışıqlara getməlidir.
Ehtiyatlı optimizm üçün də yer var. Oktyabrın əvvəlində Aİ və Fransanın vasitəçiliyi ilə baş nazir Paşinyan Praqada Azərbaycan prezidenti Əliyevlə görüşüb və orada Avropa İttifaqının müşahidəçi missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı razılıq əldə olunub.

Ermənistan regionumuz üçün bu mühüm məqamda diqqəti alqışlayır. Biz kiçik, lakin canlı demokratiyayıq və heç bir qonşumuz üçün təhlükə yaratmırıq. Müstəqil mətbuatımız və dörd il ərzində iki azad seçki ilə sınaqdan keçmiş hökumətimiz var. “Freedom House” hesab edir ki, Ermənistanda müstəqil media “dövlət yayımçılarının hekayələrinə etiraz edən güclü işıqlandırma təqdim edir” və açıq sözlü QHT-lər sərbəst fəaliyyət göstərir. Bunun əksinə olaraq, Azərbaycanda Human Rights Watch təşkilatının fikrincə, müxalifətin tənqidi jurnalistika və siyasi fəaliyyəti üçün məkan “faktiki olaraq söndürülüb”.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sentyabrda İrəvana səfəri zamanı demişdi ki, Amerika Ermənistanın təhlükəsizliyinə və demokratiyasına sadiqdir və biz çətin anlarda Ermənistanın yanındayıq. O, prezident Baydenin Ermənistanı birinci Demokratiya Sammitində iştiraka dəvət etdiyini də xatırladıb. Onun qeyd etdiyi kimi, “demokratiya təsadüfən yaranmır. Biz onu müdafiə etməliyik”.

Ermənistan qonşu ölkələr arasında real və uzunmüddətli sülhə yol açan kompromislərə hazırdır. Lakin onun ərazi bütövlüyü ilə bağlı danışıqlar aparıla bilməz və Azərbaycan qüvvələri 2021-ci il mayın 12-dən etibarən işğal etdiyi hazırda nəzarətdə saxladığı ərazilərdən çıxarılmalıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ən çox oxunanalar