Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vyaçeslav Volodin Milli Məclisin sədrini Rusiyaya səfərə dəvət edib

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı ilin sonuna qədər Rusiyaya səfərə dəvət edib...

“Report” Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, dəvəti Azərbaycanda rəsmi səfərdə olan Vyaçeslav Volodin Sahibə Qafarova ilə görüşdə səsləndirib.

O, həmçinin bu səfər zamanı Dövlət Duması ilə Milli Məclis arasında qarşılıqlı fəaliyyət haqqında sazişin imzalanmasını təklif edib.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin inkişafı, ticarət və təhsil məsələlərini müzakirə ediblər. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 1,67 milyard dollar təşkil etdiyi və bunun 2021-ci ilin analoji dövrü ilə müqayisədə 9,9 % daha artıq olduğu vurğulanıb.

V.Volodinin sözlərinə görə, Dövlət Dumasının və Milli Məclisin deputatları dövlət başçılarının qərarlarının, xüsusən də Mütəffiqlik haqqında Bəyannamənin qanunvericiliklə təminatı üçün qarşılıqlı fəaliyyəti aktivləşdirməlidirlər: "İmzalanan bəyannamə əsasında səkkiz yol xəritəsi hazırlanıb. Onların qanunvericilik dəstəyinə ehtiyacı var. Düzgün olardı ki, müvafiq komitələrimiz bu sahələr üzrə işə başlasın ki, biz də bu işə öz töhfəmizi verək.

Parlament çərçivəsində dövlət başçılarının qərarlarını həyata keçirən gündəliyin olması vacibdir. Ona görə də yeni qarşılıqlı fəaliyyət formatlarını müzakirə etmək düzgün olardı".

Dövlət Dumasının sədri hesab edir ki, belə bir format strateji məsələləri - təhlükəsizlik, gəmiçilik, ekologiya və ətraf mühitin mühafizəsini müzakirə etmək üçün Xəzəryanı dövlətlərin parlament konfransı ola bilər. Dövlət Duması region ölkələrinin qanunvericilik orqanlarına müvafiq müraciət hazırlaya bilər.

Bundan əlavə, tərəflər humanitar sahədə əməkdaşlığı müzakirə ediblər.

Sahibə Qafarova Azərbaycanda rus dilinə və mədəniyyətinə böyük hörmətlə yanaşıldığını vurğulayıb. Onun sözlərinə görə, Qafqazda ən böyük pravoslav diasporu məhz Azərbaycanda yaşayır.

Mədəni dialoqu davam etdirmək üçün Vyaçeslav Volodin Dövlət Dumasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin keçirilməsini təklif edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

Ən çox oxunanalar