Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin-Paşinyan görüşü Brüssel razılaşmasını gündəlikdən çıxara bilər?

Rusiyanın sülh danışıqlarına müdaxiləsi Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətlərin qurulması barədə Brüssel razılaşmasını ortadan qaldıra bilərmi?..

Siyasi-şərhçi: “Hazırda həm Moskva, həm də Brüssel Qarabağ mövzusunda təşəbbüsü ələ almağa çalışır. Amma fakt budur ki, onların arasında olan maraq mübarizəsi heç də Azərbaycanın maraqlarına uyğun deyil”.

“Qərb-Rusiya mübarizəsinin Ukraynadan Cənubi Qafqaza keçməsi bölgə ölkələrinin heç birinə sərf eləmir. Bu regionun müharibəyə və təhlükəyə sürüklənməsi anlamına gəlir”.

Bu sözləri siyasi-şərhçi Rövşən Rəsulov Rusiyanın basqıları ilə Brüssel görüşünün nəticələrindən Ermənistanın imtina etməsi məsələsini PİA.az-a şərh edərkən qeyd edib .

Paşinyanın Putinlə son görüşündə Brüssel görüşündə əldə olunan nəticələrə heç bir vurğu edilmədi və Azərbaycan, ErmənistanRusiya liderlərinin üçtərli formatda əldə etdikləri razılaşmaların reallaşdırılması əsas müzakirə obyekti oldu. Belıə çıxır ki, Rusiya Qərbin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəmir. Eyni zamanda Avropa Birliyi də Cənubu Qafqazda sülhə nail olmaq üçün təşəbbüsü ələ almaq istədiyini də gizlətmir. Bu Avropa Birliyini Cənubi Qafqaz əsas söz sahibi edə bilər ki, bundan Rusiya qıcıqlandığını açıq şəkildə biruzə verir. Rusiya öz növbəsində təşəbbüsü əldən verməmək üçün Yeravan və Bakıya təzyiqlər edə biləcəyini də gizlətmir. Bu Rusiya rəsmilərinin verdikləri bəyanatlardan da hiss olunur.

Bəs Rusiyanın bu mövqeyi Brüssel görüşündə əldə olunan konkret razılaşmaların reallaşmasına necə təsir edə bilər və Rusiyanın basqıları Brüssel görüşünün əsas nəticələrindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətlərin qurulması barədə razılaşmanı gündəlikdən çıxara bilərmi? Ümumiyyətlə Moskva ilə Brüssel arasında qalan normallaşma prosesi bundan daha çox ziyan çəkməzmi?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Rövşən Rəsulov ilə müzakirə edib.

Rövşən Rəsulov: “Artıq Qərb və Rusiya arasında hansısa məsələyə görə normallaşma, ya da ortaq çıxarlara sahib olan nöqtələr tapmaq qeyri-mümkün görünür”.

Vasitəçilərin kim olmasından asılı olmayaraq, yəni istər Brüsseldə, istərsədə Moskvada əldə olunan razılaşmaların həyata keçməsinin Azərbaycanın maraqları daxilində olduğunu xatırladan siyasi-şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, əgər belə olmasa, Azərbaycan öz qəti sözünü deyəcək:

“Paşinyanın Putinlə son görüşündə Brüsseldə əldə olunan razılıqlardan danışılmaması Qarabağla bağlı hər hansı bir məsələni həll etmir. Burada əsas olan Azərbaycanın marağında olan məsələlərdir. Biz deyə bilərik ki, Brüssel görüşündən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri ilə görüşdü. Bu görüşdən sonra da verilən açıqlamada deyildi ki, Brüsseldə Moskva görüşündə əldə etdiyi razılıqlardan danışılmayıb. Yəni Moskva öz narazılığını və narahatlığını elə ilk fürsətdə ortaya qoydu.

Təbii ki, Rusiyanın heç bir rəsmisi Cənubi Qafqaz məsələlərində, xüsusən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Qərbin təşəbbüsü ələ almasını xoş qarşılamaz. Bu Rusiya üçün ciddi məsələdir, mən hətta deyərdim ki, Ukrayna məsələsindən sonra ikinci dərəcəli məsələdir. Ona görə də Putin və Lavrov Brüssel görüşündən həmən sonra Ermənistan rəhbərliyi ilə Moskvada görüşərək vəziyyətə əl qoymağa çalışdılar.

Bildiyimiz kimi Ukraynaya görə Rusiyaya Qərb sanksiya tətbiq edir. Buna görə də, artıq Qərb və Rusiya arasında hansısa məsələyə görə normallaşma, ya da ortaq çıxarlara sanib olan nöqtələr tapmaq qeyri-mümkün görünür.

Hazırda həm Moskva, həm də Brüssel Qarabağ mövzusunda təşəbbüsü ələ almağa çalışır. Amma fakt budur ki, onların arasında olan maraq mübarizəsi heç də Azərbaycanın maraqlarına uyğun deyil. Ümumiyyətlə Qərb-Rusiya mübarizəsinin Ukraynadan Cənubi Qafqaza keçməsi bölgə ölkələrinin heç birinə sərf eləmir. Bu regionun müharibəyə və təhlükəyə sürüklənməsi anlamına gəlir. Ona görə bu məsələlərdə çox ehtiyatlı davranmaq gərəkir.

Rövşən Rəsulov: “Azərbaycan üçün Moskva ilə Brüssel arasında olan rəqabətdən faydalamaq imkanları da var”.

İndiki Azərbaycana sərf edən odur ki, Azərbaycanla Ermənistan arasında normal münasibətlərin formalaşması üçün addımlar atılsın. Qarabağ problemi də birdəfəlik gündəlikdən qaldırılsın. Azərbaycan üçün Moskva ilə Brüssel arasında olan rəqabətdən faydalamaq imkanları da var. Çünki təşəbbüsü ələ almaq istəyən hər iki tərəf daha sülhpərvər olması üçün, xüsusən də sərhədlərin müəyyənləşməsi və yekun sülh sazişinin imzalanması məsələrində konstruktiv olması üçün Ermənistana təzyiqlər edə bilər.

Bu təbii ki, məsələnin müsbət tərəfidir. Mənfi tərəfi isə odur ki, Brüsselin fəaliyyətindən qəzəblənən Moskva ümumiyyətlə münaqişənin nizamlanmasını bloklamaq üçün hərəkətə keçə bilər. Bu Rusiyanın hər zaman müşahidə elədiyimiz siyasətin bir parçasıdır və onu da qeyd edim ki, Ermənistandakı revanşistlər də məhz bunu istəyirlər.

Lakin hesab edirəm ki, Türkiyə-Azərbaycan alyansı da Ukraynadakı müharibə ilə zəifləyən və bundan sonra da zəifləməkdə davam edəcək olan Rusiya qarşı dura bilmək gücündədir. Ona görə də Ermənistan bu məsələdə konstruktiv mövqe sərgiləməsi elə onun da maraqları çərçivəsindədir. Ermənistanın gələciyinin olmasını istəyən ermənilər də məsələyə bu aspektdən yanaşacaq qədər ayıq başa sahib olmalıdırlar. Hesab edirəm ki, ermənilər daha realist olaraq tezliklər sülh sazişinin imzalanması üçün çalışacaqlar və münaqişənin dondurulması, ya da uzadılması üçün çalışmayacaqlar. Çünki bu nə Ermənistan üçün, nə də Cənubi Qafqaz üçün sabitlik vəd eləməyən bir yol olacaq.

Təbii ki, Azərbaycanın marağı təmin olunmayacağı halda, Qarabağdakı separatçılara qarşı qəti tədbirlər də görməyə məcbur olacaq. Ona görə də bizim marağımızda olan odur ki, vasitəçinin kim olmasından, yəni istər Brüsseldə, istərsə də Moskvada əldə olunan razılaşmaların həyata keçirilsin. Çünki Moskvada da, Brüsseldə də əldə olan razılaşmalar bizim üçün eyni mahiyyət daşıyır. Azərbaycan üçün sülhə aparan bütün yollar məqbuldur və bu yolların qapadılması, xüsusən də Ermənistan tərəfindən qapadılması baş verərsə, təbii ki, o zaman Azərbaycan öz qəti sözünü demək məcburiyyətində qalacaq.

Rövşən Rəsulov: “Ermənistan razılaşmadan qaçdıqca, daha çox ziyan görməkdə davam edəcək və elə hesab edirəm ki, ermənilərin gözlədiyi əlverişli geosiyasi vəziyyət bir daha gəlməyəcək”.

Ermənistan razılaşmalardan qaçmaq üçün hər zaman müəyyən cəhdlər edir və prosesi uzadaraq özü üçün daha əlverişli geosiyasi zamanın gəlməsini gğləmək istəyir. Bundan sonra da Ermənistan bu siyasətini davam etdirəcək. Amma Ermənistan axıra qədər bu cür siyasət apara bilməyəcək. Prezident İlham Əliyev də müsahibəsində Ermənistana inanmağın mümkün olmadığını və ermənilərin xalqımıza etdiklərini heç bir zaman unutmamaq gərəkdiyini açıq şəkildə demişdi. Ermənistan razılaşmadan qaçdıqca, daha çox ziyan görməkdə davam edəcək və elə hesab edirəm ki, ermənilərin gözlədiyi əlverişli geosiyasi vəziyyət bir daha gəlməyəcək.

Azərbaycanın səbri də tükənmək üzrədir. Düşünürəm ki, Azərbaycanın antiterror əməliyyatları aparması üçün münbit zaman formalaşıb. Ermənistan tərəfi qəbul olunmuş razılaşmalara əməl etməsə, Azərbaycan istər Qarabağda, istərsə də Ermənistan sərhədində sərt tədbirlər görəcəyini düşünürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar