Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xristianlığı qəbul etdi, xəstəliyini ailəsindən gizlətdi, klounluğu Azərbaycana gətirdi – Foto

Bu gün mərhum aktyor Fərman Abdullayevin (Şəkili) doğum günüdür.

Kulis.az Fərman Şəkili haqqında 10 maraqlı faktı təqdim edir.

1. Fərman Abdulcabbar oğlu Abdullayev 4 noyabr 1954-cü ildə Şəkidə doğulub. Şəkili olduğundan ona Fərman Şəkili deyiblər. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanaşvilinin aktyorluq kursunda təhsil alıb, uzun müddət Şəki Dövlət Teatrında çalışıb. Tamaşaçılar onu ABA televiziyasında yayımlanan uşaq verilişindəki Şurum-Burum obrazı ilə tanıyıb, seviblər.

2. Klounada sənətini ilk dəfə o Azərbaycana gətirib. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar onu görəndə ayaqlarını cütləyib, hərbi salam veriblər. Həmçinin pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvəllərində oynanılan “Dahi” adlı pantomim pyesin müəllifi olub.

3. Fərman Şəkili təyinatla Şəki teatrına gələn gənc aktrisa İradə xanımı sevir və evlənir.

4. Bakının teatr ictimaiyyəti Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında Fərman Şəkilini “Hamlet” tamaşası ilə kəşf edir. Festivalın Qran-prisini qazansa da, ona mükafatda nəzərdə tutulan məbləği vermirlər.

5. Fərman Abdullayev rejissoru və ssenari müəllifi özü olan “Mışovul” filminə çəkilmişdi ki, bu film müxtəlif səbəblərdən ekrana çıxmamışdı. Amma efirdə göstərilən “Fransız”da da, “Yalan”da da, “Həm ziyarət həm ticarət”də də, lap elə “Sarı gəlin”də də Fərman Abdullayevin yaratdığı obrazlar bir-birindən kəskin fərqlənirdi.

6. Evdə uşaqlarına münasibəti ciddi olub. Onlara Sabirin "Hophopnamə”sini əzbərlətdirir, Motsarta, Şopenə qulaq asdırırmış.

7. Dostlarından biri də rəssam Natiq Əyyubov olub. Xəstəliyini ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açır. Emalatxanada görüşən dostlar hər dəfə iki-üç qutu siqaret çəkər, dərdləşərlərmiş. Bir gün Fərman kefsiz emalatxanaya gəlir və dostuna deyir ki, siqareti tərgit. Dostu ona baməzə cavab verir: “Neçə illik stajım var, batar axı.” Onda Fərman dostuna deyir ki, bununla zarafat etməsin, siqaret üzündən artıq onun ciyərlərində ciddi problem yaranıb.

8. Dini inancını xristianlıqda tapıb. Buna görə hətta yaxınları, tanışları tərəfindən qınanılıb. Amma o, öz inancından dönməyib.

9. Oğlu Elvin Abdulla kinorejissordur. Rejissor, prodüser, ssenari müəllifi kimi bir çox kommersiya layihələrində iştirak edib. “Xoxan”, “Hənnas” kimi filmlərin müəlliflərindəndir.

10. Fərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib. Hövsan məzarlığında dəfn olunur. Aktyorun oğlu Elvin Abdullayev atasına olan laqeydlikdən də gileylənərək deyib: “Yalnız dostları, səhnə yoldaşları onunla maraqlandılar, bu günlərdə də bizimlədilər. Nazirlikdən də maraqlanan olmadı. Bu laqeydlik bizə çox pis təsir etdi”. Həyat yoldaşı aktyorun son anlarını belə xatırlayır: “...əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o “bitdi” demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb.” İradə xanım Fərmanın ölümündən sonra nəvələrinə onun hara getdiyini belə izah edir: “Gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünüzü ağıllı aparın.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay