Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Tramp: Avropa İttifaqı ölkələri ABŞ-la pis rəftar edir

Avropa İttifaqı (Aİ) ölkələri Amerika Birləşmiş Ştatları (ABŞ) ilə pis rəftar edir. Əvəzində isə ABŞ onları qoruyur və həm də qarşılıqlı ticarət əlaqələrindən böyük fayda əldə etməyə imkan verir...

Poliqon xəbər verir ki, bunu Ağ Evin keçmiş rəhbəri və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maska müsahibəsi zamanı deyib.

"Mən Avropa İttifaqı ilə çox yaxşı tanışam. Biz onları NATO çərçivəsində qoruyuruq. Onlar isə ölkəmizlə pis rəftar edirlər", deyə keçmiş Amerika lideri bildirib.

Tramp vurğulayıv ki, Avropa İttifaqının iqtisadiyyatlarını cəmləsək, ancaq bu halda ABŞ-la müqayisə oluna bilər. Lakin buna baxmayaraq, Vaşinqton Ukraynaya kollektiv müdafiə və yardım üçün daha böyük məbləğdə vəsait ayırır.

Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, ABŞ Ukraynaya təxminən 250 milyard dollar ayırıb, Avropa İttifaqı isə cəmi 71 milyard dollar. Üstəlik, ABŞ NATO-ya yardım edib. Tramp həmçinin xatırladıb ki, o, ABŞ prezidenti olanda Alyansa üzv olan ölkələrə vəsait ayırmağı əmr edib.

ABŞ-ın keçmiş prezidenti həmçinin bildirib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, yenə də Rusiya lideri Vladimir Putinlə anlaşacağına ümid edir.

Qeyd edək ki, bundan əvvəl Tramp prezident seçkilərində qalib gələcəyi halda Avropa ölkələrini ÜDM-in 3 faizini müdafiə xərclənğməyə və Ukraynaya daha çox vəsait ayırmağa məcbur edəcəyini deyib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay