Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Maduroya amnistiya təklif edib?

ABŞ prezidenti Co Baydenin administrasiyası Venesuela lideri Nikolas Maduroya heç bir təklif göndərməyib...

Poliqon xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

O, Vaşinqtonun seçkilərdə məğlub olduğunu etiraf edəcəyi təqdirdə Venesuela prezidentinə narkotik və terrorizmlə bağlı ittihamlardan amnistiya vəd etməsi ilə bağlı mediada yayılan xəbərləri belə şərh edib.

"28 iyul seçkilərindən sonra biz Maduroya və ya başqalarına heç bir konkret amnistiya təklifi etmədik, deyə Jan-Pyer bildirib.

Eyni zamanda, Ağ Evin mətbuat katibi səsvermədən əvvəl oxşar təklifin Venesuela prezidentinə göndərilib-göndərilməfiyi suala cavab verməkdən yayınıb.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Ertəsi gün Venesuela Milli Seçki Şurası elan edib ki, səslərin 80%-i hesablandıqdan sonra Maduro 51%-dən çox, müxalif Demokratik Unitar Platformanın namizədi Edmundo Qonzales isə 44% səs toplayıb.

ABŞ seçkiləri ilə bağlı araşdırmaları ilə tanınan "Edison Research" şirkətinin keçirdiyi sorğuya əsasən, Qonzalesin təxminən 65%, Maduro isə 31% səs alacağı proqnozlaşdırılırdı. Yerli "Meganalisis” firması Qonzalesin 65 faiz, Maduro isə 14 faizdən az səs alacağını proqnozlaşdırmışdı.

Seçkilərin nəticələri açıqlandıqdan sonra ölkənin müxalifət lideri Mariya Korina Maçado bildirib ki, onların hesablamalarına görə, Qonzales 70%, Maduro isə 30% səs toplayıb.

Bir çox Cənubi Amerika ölkələri seçkilərin nəticələrini tanımayıb. ABŞ müxalifətin namizədi Edmund Qonzalesi qalib kimi tanıyıb. Avropa İttifaqı da Maduronun seçkilərdəki qələbəsini tanımır.

Ötən gün Wall Street Journal öz mənbələrinə istinadən məlumat yayıb ki, gizli danışıqlar zamanı ABŞ hakimiyyəti Maduroya hakimiyyətdən əl çəkəcəyi təqdirdə amnistiya təklif edib. Onların fikrincə, Birləşmiş Ştatlar Venesuela prezidenti Nikolas Maduronu amnistiya müqabilində hakimiyyətdən getməyə məcbur etməyə çalışır, lakin onun iyulda keçirilən prezident seçkilərində uduzduğuna dair təkzibolunmaz sübutlar ortaya çıxdığından bu, mümkünsüz hesab olunur.

Bayden administrasiyasının Maduro nümayəndələri ilə danışıqları ilə tanış olan üç nəfər WSJ-yə bildiriblər ki, ABŞ avtoritar Venesuela liderini 2025-ci ilin yanvarında növbəti prezidentlik müddəti bitmədən istefaya getməyə inandırmaq üçün hər şeyi masaya qoyub.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Vətən müharibəsi qazisi: "Formula 1" yarışını tribunadan izləmək çox xoşdur

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik"

Ən çox oxunanalar