Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafaya qarşı sui-qəsddə təqsirləndirilənlərə hökm oxunub, birinə ömürlük cəza verilib

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdində təqsirli bilinən şəxslərə hökm oxunub...

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib. (Report)

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik"

Tofiq Sadıxov: "Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil"

Ən çox oxunanalar