Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran XİN: İsrailə cavab vermək üçün heç kimdən icazə istəməyəcəyik

İran öz suverenliyini müdafiə etmək hüququndan istifadə etmək üçün heç kimdən icazə istəməyəcək...

Poliqon xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

Bazar ertəsi Böyük Britaniya, Almaniya və Fransa birgə bəyanat yayaraq, İran və onun müttəfiqlərini regional gərginliyi daha da artıra və atəşkəs və girovların azad edilməsi üçün danışıqlar aparmaq imkanını təhlükə altına qoya biləcək hücumlardan çəkinməyə çağırıb.

"İslam Respublikası suverenliyini və milli təhlükəsizliyini qorumaq, regional sabitliyi təşviq etmək və regionda terrorizm və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirici qüvvə yaratmaq əzmindədir və ayrılmaz hüquqlarını qorumaq üçün heç kimdən icazə istəməyəcək", deyə Kənani bildirib.

Onun sözlərinə görə, Avropa üçlüyü "sionist rejimin beynəlxalq cinayətləri ilə bağlı bir damcı belə etirazı ehtiva etməyən bəyanatda həyasızcasına İrandan onun suverenliyi və ərazi bütövlüyünü pozan rejimə qarşı cavab tədbirləri görməməsini tələb edir".

"Əgər bu ölkələr həqiqətən də regionda sülh və sabitlik üçün çalışırlarsa, heç bir qeyd-şərtsiz İsrail rejiminin təxribatlarına və münaqişənin qızışdırılmasına qarşı çıxmalı, Qəzza zolağına qarşı müharibəni dərhal dayandırmalı, uşaqların, qadınların və müdafiəsiz fələstinlilər dəhşətli qətllərinə son qoymalıdırlar", deyə iranlı diplomat bildirib.

Qeyd edək ki, iyulun 31-də Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb, hücumun cavabsız qalmayacağını bildirib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik"

Tofiq Sadıxov: "Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil"

Ən çox oxunanalar