Ölkədə keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Ukrayna ABŞ üçün prioritet olaraq qalacaq...
Poliqon xəbər verir ki, bu fikirləri CNN telekanalına müsahibəsində Amerikanın Moskvadakı keçmiş səfiri Con Sallivan deyib.
"Yeni administrasiyanın siyasi instinktlərindən, kimin prezident olmasından asılı olmayaraq, Ukraynadakı müharibə prioritet olaraq qalacaq", deyə sabiq səfir bildirib.
Diplomat həmçinin təklif edib ki, Donald Tramp Ağ Evə qayıdarsa, Birləşmiş Ştatlar Ukraynanın keçmiş ərazilərini itirdiyini tanımadan hərbi əməliyyatlara son qoymağı hədəfləyəcək.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. Respublikaçılar Partiyasından isə namizəd sabiq prezident Donald Trampdır.
Trampın prezident seçkilərində qalib gələcəyi tədqirdə Ukraynanı dəstəkləməkdən imtina edəcəyi və Rusiya ilə sülhə məcbur edəcəyi barədə qoruxlar var. Sabiq Ağ Ev rəhbəri özü isə bildirib ki, prezident seçilsə, münaqişəni 24 saatda dayandıracaq.
Poliqon.info