Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx yerinə oğlunu hazırlayır?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. İranın Azərbaycan əleyhinə təbliğat apardığı bir dövrdə uzun müddət susmağa üstünlük verdiyi üçün sərt tənqid olunan QMİ sədri bu dəfə də Moskva səfəri ilə gündəmə gəlib. 

Azərbaycan tərəfdən səfərdə iştirak edən nümayəndə heyətində Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin və qardaşı, deputat Cavanşir Paşazadənin də iştirak etməsi birmənalı qarşılanmayıb. 

Yenisabah.az bildirir ki, Şeyxin oğlunun Rusiya paytaxtına səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində olması sosial mediada maraqlı müzakirələrə yol açıb. QMİ sədrinin Məhəmməd Paşazadəni vitrinə çıxarmasının uzağagedən nəticələrə hesablandığı bildirilir. Şeyxin varis planına əl atdığı, oğlu Məhəmmədi öz yerinə hazırladığına dair iddialar ortaya atılıb.

Qeyd edək ki, Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə din təhsili almayıb. Bakı Dövlət Universitetinin məzunu olan Məhəmməd ixtisasca hüquqşünasdır.

O, 2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. Və bir müddət sonra “Azərbaycan Respublikasının cinayət prosesində prosessual forma və onun təkmilləşdirilməsi istiqamətləri” adlı elmi işini müdafiə edib.

Hüquq üzrə fəlsəfə doktoru olan Məhəmməd Paşazadənin dissertasiya işində Azərbaycan Respublikasının cinayət prosesesində prosessual formanın mahiyyətindən və onun təkmilləşdirilməsi istiqamətlərindən bəhs edilib.

Din təhsili almayan, heç vaxt dini sferada gözə dəyməyən Məhəmməd Paşazadənin Azərbaycan nümayəndə heyətinin tərkibində Rusiyaya səfər etməkdə məqsədi nə olub?

QMİ-dəki mənbənin “Yeni Sabah”a verdiyi məlumata görə, gənc Paşazadənin Rusiya paytaxtına səfəri atasının arzusu ilə baş tutub. Belə ki, Şeyx oğlunu yanında aparmaqla QMİ-dəki daxili mübarizəni bir qədər səngitmək istəyib. “Şeyxin yaşlanması və səhhətinin getdikcə pisləşməsi QMİ-də sədr postu uğrunda daxili mübarizəni gücləndirib. Onun yerinə bir neçə iddialı olduğu üçün qurum daxilində müəyyən gərginlik müşahidə olunur. Şeyx oğlunu öz yerinə gətirəcəyinə dair görüntü yaratmaqla müvəqqi də olsa bu mübarizəni səngitmək istəyir”, - deyə mənbə bildiirb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar