Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov Qətərin xarici işlər üzrə dövlət naziri ilə görüşüb

Bu gün Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı nazir Kəmaləddin Heydərov AzərbaycanQətər arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu xatırladaraq, bunun əsasında hər iki ölkə liderlərinin siyasi iradəsinin və müdrik uzaqgörənliyinin dayandığını bildirib.

Nazir, həmçinin, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılması, bu müddətdə şəhər və kəndlərimizin viran qoyulması, 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən ərazilərimizin işğaldan azad olunması, azad edilmiş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə geniş məlumat verib. İşğaldan azad olunmuş torpaqlarımızın zəngin təbii sərvətlərə, o cümlədən böyük turizm potensialına malik olduğunu qeyd edən K. Heydərov Qətər iş adamları, biznes dairələri və sərmayəçilərini buraya sərmayə yatırmağa dəvət edib.

Sonra nazir K. Heydərov həmsədri olduğu Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra nazir qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, 2014-cü ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş"dən söz açıb, iki ölkənin müvafiq qurumları arasındakı səmərəli əməkdaşlıqdan danışıb.

Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi səmimi görüşə görə təşəkkürünü bildirib, Qətər Dövlətinin xarici işlər naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Şeyx Mohammed bin Abdulrəhman Al-Taninin salamlarını nazir Kəmaləddin Heydərovun diqqətinə çatdırıb. Azərbaycanla Qətər arasında əməkdaşlığın geniş potensialından bəhs edən dövlət naziri, həmçinin, iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar