Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə canlı yayımı aparan azərbaycanlı jurnalist Nailə Əsgərzadə kimdir? - Dosye

"Rossiya" telekanalında prezident Vladimir Putinlə rusiyalıların birbaşa əlaqəsi verilişinin aparıcısı azərbaycanlı jurnalsit Nailə Əsgərzadə olub.

"Ölkə.Az" xəbər verir ki, Nailə Əsgərzadə 1987-ci ilin dekabrın 13-də Bakıda doğulub və uşaqlıq illəri burada keçib.

Orta təhsilini Rusiyanın Volqoqrad şəhərində alıb. O, Volqoqraddakı xüsusi fransız məktəbini qızıl medalla bitirib, Volqoqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub.

Əsgərzadə ikinci təhsilini 2017-2019-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda "Beynəlxalq maliyyə" magistr dərəcəsi alıb.

Volqoqradda ali təhsilin başa vuran Nailə paytaxt Moskvaya yerləşib və burada o, NTV-də iqtisadi xəbərlər proqramında işləməyə başlayıb. Sonradan 2007-2010-cu illərdə RBK-TV-də beynəlxalq-redaktor və bununla paralel olaraq "Kommersant" iqtisadi şöbəsində çalışıb.

2011-ci ilin mayında "Vedomosti" üçün VTB bankın şefi Andrey Kostinadan Moskva Bankının alınması ilə bağlı müsahibə götürür. Əsgərzadə həmin ilin iyununda isə 5-ci Peterburq Beynəlxaql İqtisadi Forumunda şərhçi kimi işləyib.

Əsgərzadə "Rossiya-24" telekanalında isə intervüyer olaraq çalışmağa, sonra isə xəbərləri aparmağa başlayıb. O burada mütəmadi olaraq iqtisadi tərdbirlər və forumlardan özəl reportajlar hazırlayıb. 2015-ci ilin oktyabrın 1-dən etibarən isə "V raboçiy polden" proqramının ilk buraxılışı olub. Əsgərzadə bu proqramın efirdə yayıldığı müddətdə Rusiyanın tanınmış məmur və iş adamlaırndan müsahibə götürüb.

2016-cı ilin 5 sentyabrdan isə "Rossiya-1" kanalının "Vesti" proqramının iqtisadi xəbərlər aparıcısı kimi fəaliyyət göstərib. O fəaliyyəti müddətində Alişir Usmanov, Aleksandr Lukaşenko, Vladimir Potanin, Sergey Narışkin, Ramzan Kadırov və sair tanınmış simalardan müsahibə götürüb.

Nailə Əsgərzadə hazırda rusiyanın milyonçu jurnalistlərindən hesab olunur. Onun Moskvada 228 kvadratmetr və 155 kvadratemtr sahəyə malik iki mənzili, razdora kəndidə 43, hektar xüsusi meşəsi, Moskva ətrafındakı "Jukovka-3" qəsəbəsində ev və kotejləri var.

Bundan əlavə olaraq "Bombardier Global 6000" təyyarəsi, Sea&Us yaxtası, ofşor şirkətləri, dünyanaı gəzmək üçün pulsuz bileti var.

Əsgərzadə 2018-ci ildə TEFİ mükafatı alıb.

Əsgərzadənin atası Vaqif əsgərzadə mühəndiz-geofizik olub, daha sonra isə biznes sahəsində çalışıb. Anası isə Bakıdakı Krupskaya adına doğum evində tibb bacısı işləyib. Babası isə kapitan birinci ranq olaraq hərbi zavodun rəisi işləyib. Nailənin valideynləri 1990-cı ildə ayrılır.

Atası Bakıda qalsa da, anası Rusiyaya köçür. Bacı İnara isə VTB bankda çalışır. Nailə ailə vəziyyəti barədə məlumat vermir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Yevlaxda yanıq xəsarətləri alan körpə həyatını itirib -Yenilənib

Ən çox oxunanalar