Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: “Onlar bunu bacardılar”

“Neftçi”ni təbrik edirəm. Neçə illər idi çox istəkli idilər. Bu il buna nail oldular”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII – sonuncu turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Dalğa Arena”da baş tutan həlledici qarşılaşmanın son dəqiqələrində qol buraxan Ağdam təmsilçisi 0:1 hesabı ilə məğlub olub. Bu nəticə “Qarabağ”ın ardıcıl 7 çempionluq seriyasına son qoyub.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Futbolçularımı təbrik edirəm. Çox nadir hallarda futbolçularıma narazılıq bildirirəm. İllərdir əziyyət çəkirlər. Dəyişik rejimdə oynayırlar, ilboyu böyük stress keçirirlər. Onlardan da daim uğur tələb olunur. Bu da futbolçularda gərginliyi, məsuliyyəti artırır. İlboyu bu rejimdə işləmək asan deyil. Amma onlar bunu bacardılar. Neçə illərdir çox əziyyət çəkirik. Həmişə komandanı bu vəziyyətdə qorumağa çalışırıq”.

- Uzun fasilədən sonra Çempionlar Liqasından başlamayacaqsınız. Konfrans Liqasından başlamaq motivasiya baxımından çətin olmayacaq?

- Deməzdim ki, çətin olacaq. İstənilən halda Avropa təcrübəsidir. Digər ölkələrin komandaları da iştirak edəcək. Yeni bir turnirdir. Orada iştirak etmək, turnirin gücünü bilmək maraqlı olacaq. Çempionlar Liqasından iki həftə sonra başlamalıyıq. Bu da əlavə üstünlük olacaq. Üstəlik, millinin futbolçuları da toplaşacaq. Futbolçuların istirahətə çox ehtiyacı var. Turnirdə maksimum nəticəyə çalışacağıq.

- “Qarabağ”ın məğlubiyyətinin səbəbi Rahil Məmmədovun meydana daxil olaraq, müdafiədə çaşqınlıq yaratması olmadı?

- Mən belə bir səbəb görmürəm. Oyunun gedişinə görə qərar veririk. Əvvəlcə Patrik Andradeni, ikinci hissədə oyunu ələ aldığımız vaxt Mahir Emrelini itirdik. Belə epizodlar oyunun gedişində çox olur. Ani çaşqınlıq idi. Elə qolluq epizod da deyildi.

- Rəqibin baş məşqçisi Xayme Romeronun epizodunun penalti olmadığını dedi. Siz necə düşünürsünüz?

- Kimə necə sərf edirsə, o cür danışır. İkinci epizodda penalti olduğunu deyirdilər. Baxdım, dedim ki, buna penalti vermək olmaz. Amma Xaymenin epizodunda penalti var idi. Amma bununla özümə haqq qazandırmaq istəmirəm. Bəzən futbolçuların haqqına girilir. Amma hər kəs öz fikrini bildirir.

- Sizə ən çox təsir edən Qarabağın işğaldan azad olunduğu il çempionluğu itirmək olmadı?

- Torpaqlarımız geri alındığı zaman demişdim ki, indi “Qarabağ”da özümü daha rahat hiss edəcəm. Torpaqlarımız rəqibdə olanda daim məndə qorxu, həyəcan var idi. Bəlkə də, bəzi səhvlərə yol verirdim. Amma indi daha ürəkliyəm. Bu gün müdafiəyəmeyilli oynaya da bilərdik. Amma torpaqlarımızın işğaldan azad olunması böyük qalibiyyətdir. Hər gələn legionerə Qarabağ həqiqətləri haqda məlumat verirdik. Onlar bilirlər ki, hansı komandada iştirak edirlər. Daha çox azarkeşlərə görə heyfsiləndim. Xüsusən də, stadiona gələ bilmədikləri üçün. Bu gün də oyuna gələndə bazanın qarşısında idilər, bizi yola saldılar. İnşallah, qarşıdakı illərdə bəzi dəyişikliklər edəcəyik. Son iki ildə həddən artıq çox oyunçu getdi. Onların yerini doldurmaq asan deyil. “Barselona”, “Real” kimi böyük klublarda da 3-4 oyunçu gedəndə onların yerini doldura bilmirlər. Amma biz yenə də öz düşüncələrimizi bir yerə qoyacağıq ki, daha yaxşı nəticələr qazanaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

“Qaçqınkom” bir ailəni 1302 manata köçürür – 1.6 milyonluq tender    

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay