Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Yaxın Şərqin ən populyar lideri olaraq qalır - “The Financial Times” bunun səbəblərini yazır

Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Yaxın Şərqin ən populyar lideri olaraq qalır.

"AzPolitika.info" xəbər verir ki, bu haqda “The Financial Times” qəzetində dərc olunan məqalədə bildirilir.

Müəllif David Gardner yazısında Ərdoğannın yalnız türklərin deyil, ərəb dünyasın da ən populyar lideri olduğunu bildirib.

“Ərəb Barometri” adlı araşdırma şəbəkəsi ötən həftə belə bir sorğunun nəticələrini açıqlayıb. 20 mindən artıq respondent arasında keçirilmiş sorğuda populyarlığa görə Ərdoğandan sonra Səudiyyə Ərəbistanın de fakto lideri, vəliəhd şahzadə Məhəmməd bin Salman və İranın Ali dini lideri Ayətulla Əli Xameneyi gəlir.

Müəllif qeyd edir ki, avtokratik liderlərin sıxışdırdığı ərəblərdə belə qəhrəmanlara rəğbət yaranır. 2011-ci ilin "Ərəb baharı"-ndan sonra payızda Ərdoğanın Tunisə, Qahirəyə və Tripoliyə səfərləri zəfər addımı idi.

Onun fələstinlilərə dəstəyi nəticəsində Tayyip adı Qəzzədə çox məşhurlaşdı. Ərəb ictimai rəyinin Ərdoğana rəğbəti təkcə İsrailə deyil, Birləşmiş Ştatlara da meydan oxumasından da qaynaqlana bilər.

O, Liviyada vətəndaş müharibəsinin yönünü dəyişdi, Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etməsinə yardım etdi, Suriyanın şimalında sülh yaradıb, ABŞ-a bağlı kürd döyüşçüləri buradan çıxarır.

“Türkiyə bu yerlərdə milli nüfuz haqqını təsdiqlədikcə NATO müttəfiqləri Türkiyənin regional hegemonluğa can atmasından narahatlıq keçirirlər” – deyə, müəllif yazır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar