Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Trampın qapatdığı “Qaşıqçı dosyesini”ni açıqlaya bilər

ABŞ-ın yeni Milli Kəşfiyyat direktorunu Senatda çətin suallar gözləyir...

Sərdar Turqut
“Habertürk”, Türkiyə, 25 dekabr 2020-ci il

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda səud agentləri tərəfindən öldürülən rejim müxalifi, jurnalist Camal Qaşıqçı cinayətilə bağlı məlumatların toplandığı dosye Tramp administrasiyasının milli təhlükəsizlik camiəsi tərəfindən gizli saxlanılırdı.

İçində Türkiyə dövlətinin bu cinayətlə əlaqədar verdiyi məlumatların və cinayət anı ilə bağlı səs qeydlərinin də olduğu söylənən bu dosye, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla olan yaxşı münasibətləri pozmamaq və bu ölkəyə silah sata bilmək üçün Tramp administrasiyası tərəfindən gizli saxlanılırdı.

Ancaq “Washington Post” qəzetinin milli təhlükəsizlik mövzularında yazılar yazan köşə yazarı Coş Roqin, yeni seçilmiş prezident Baydenin oktyabr ayında verdiyi bir müsahibədə ABŞ-ın bundan belə silah satmaq üçün demokratiya prinsiplərindən vaz keçməyəcəyini və Səudiyyə Ərəbistanı ilə qurulmuş olan əlaqələrə yenidən baxacağını söylədiyini vurğulayan bir yazı yazıb.

Kilid adam Avril Hanesdir

Bu açıqlamalar kontekstində, ABŞ kəşfiyyatı tərəfindən məxfi saxlanılan və vətəndaşların informasiya alma azadlığını tənzimləyən qanunların tələbinə uyğun olaraq açıqlanmasının istənilməsinə rəğmən, açığa çıxarılmayan o dosyenin bundan sonra açığa çıx(arıl)a biləcəyi bildirilir.

06 dekabr tarixində yazdığım “Bu gənc hipster (yenilikçi – tərc.) qadın ABŞ-ın baş casusu oldu” başlıqlı yazımda tanıtdığım Avril Hanes, Bayden tərəfindən ABŞ Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd olaraq göstərilmişdir. Qarşıdakı günlərdə Senatın Kəşfiyyat Komitəsi onu təyinatının təsdiq olunması üçün sorğu-sual edəcək. Bir müddətdir “Qaşıqçı cinayəti”nin açılması üçün çalışan komitə üzvü olan senatorların  Hanesə bu dosye haqqında açıq suallar verəcəkləri bildirilir.

Dosye açılarsa…

Bu cür məsələlərdə aşkarlıqdan, şəffaflıqdan yana olduğu məlum olan Hanesin gizli saxlanan “Qaşıqçı dosyesi”nin içindəkiləri açıqladığı təqdirdə, vəliəhd şahzadə Məhəmməd Bin Salmanın necə reaksiya verəcəyi və bundan sonra ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin necə olacağı həm Vaşinqtonda, həm də Ankarada maraqla gözlənilir.

Ayrıca, Səudiyyə Ərəbistanı ilə bölgədə yeni addımlar atmaq axtarışı içində olan İsrailin də “Qaşıqçı dosyesi”nin Türkiyənin də arzu etdiyi kimi açılmasına Vaşinqtonda bağlı qapılar arxasında necə yanaşacağı da, hələ ki, məlum deyil.

Ancaq hazırda məchulu çox olsa belə, ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin bundan sonra Tramp dövründə olduğu kimi olmayacağını qəti deyə bilərik. Bunun regional inkişafa təsirlərini də hamımız birlikdə görəcəyik.

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar