Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bunkerdən qaçanların İrəvanda keçirdiyi hökumət müşavirəsi

Bu maskalı, hərbi mundirli kişilər (cins mənasında) qondarma və keçmiş "Dağlıq Qarabağ Respublikası"nın rəhbərləridir.

Başdakı günümüzün Əbubəkr Bağdadisinə (öldürülmüş İŞİD lideri) çevrilmiş Araik Arutyunyana oxşayır. Bağdadi kimi onun da bir neçə dəfə "öldü", "vuruldu" xəbəri çıxdı, amma belə görünür ki, ya adamın "oxşar"ını tapıblar, ya da o, başını hər dəfə salamat qurtarıb. 

Məkan isə nə Xankəndidir, nə də andiçmə mərasimi keçirmək üçün qalxdıqları Şuşa. Bu saat oralardan dron səsi gəlir deyə, "qədim erməni millətinin qəhrəman və fədakar oğulları" qaçıb İrəvana toplaşıblar. Salamatı budur. Bunlar "seçilmiş adamlar"dır axı, "ağ ermənilər"dir, kasıb Arakelin, Mkırtıçın oğulları kimi özlərini niyə güdaza versinlər. 

Belə daha yaxşıdır, təhlükəsizdir, otururlar İrəvanın mərkəzindəki səliqəli kabinetdə, təmiz masaların arxasında, "erməni xalqının gələcəyini, təhlükəsizıliyini" düşünür, vəziyyətdən çıxış yollarını müzakirə edirlər. Əllərindən gələn yeganə iş arada Xankəndi ilə, əldə qalan yaşayış məntəqələrdəki bunkerlərdə gizlənən "azatmarik"lərlə əlaqə saxlayıb, "möhkəm durun, yaxın günlərdə cəbhədə dönüş olacaq" deyə-deyə ölümə tərk edilmiş əsgərlərə ümid vermək və möcüzə gözləmədir.

Beş-altı gündən sonra bunlar özlərinə "mühacirətdə olan Artsax hökuməti" adı qoyacaq, beynəlxalq status qazanmaq istəyəcək, qüdrətli dövlətlərin, beynəlxalq təşkilatların zəhlələrini tökəcəklər.

Heç kəs də bu "mühacir hökumət"dən soruşmayacaq ki, işğal etdiyiniz Azərbaycan rayonlarında dağıtdığınız, talan etdiyiniz 50 milyardlıq mal-mülk, sərvət necə olsun bəs, onu ödəməyi düşünürsünüzmü.

Biz isə gərək bu "mühacir hökumət"in başbilənlərinin bircə-bircə ələ keçirib hərbi tribunala verək, ya da İsrail hökumətinin Argentinadan tutub gətirib, mühakimə etdiyi hərbi cani Adolf Eyxmanın gününə salaq. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay