Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd təsərrüfatında çalışanların əmək hüquqları pozulur - Qubad İbadoğlu

Əmək hüquqlarının pozulmasına hüquqi don geyindirilir...

"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi gözlənilir. Qanuna aşağıdakı məzmunda 3.3-1-ci maddə əlavə olunması təklif edilir:

"3.3-1. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir."

İlk baxışdan belə görünür ki, məqsəd kənd təsərrüfatı sektorunda çalışan sahibkarların dolayısı ilə aylıq nağd limitini artırmaqdır. Ancaq belə deyil. Ümumi şəkildə ifadə etsək, dəyişiklikdə əsas məqsəd kənd təsərrüfatı sektorunda əmək hüquqlarının pozulmasına bir növ hüquqi don geyindirməkdir. Bu gün kənd təsərrüfatının istənilən sahəsində çalışan işçilərlə əmək müqaviləsi bağlanılmır. Əmək müqaviləsinin bağlanılmaması isə o deməkdir ki, həmin işçilər Əmək Məcəlləsinin təminat verdiyi bütün hüquqlardan məhrum olurlar.

Məsələnin kökü çox dərindir. Əvvəla, fermer işçilərlə müqavilə bağlamaq üçün, ilk növbədə özü vergi orqanlarında qeydiyyata durmalıdır. Ötən ilin sonlarında Vergilər Nazirliyi kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffalaşdırılması ilə bağlı müəyyən maarifləndirici fəaliyyətlər həyata keçirməyə başladı və bu işlər tezliklə bəhrəsini verdi. Çünki zor-xoş fermerlər qeydiyyatdan keçməyə başladılar. Bu da 2020-ci ildən kənd təsərrüfatı sahəsində işçilərin hüquqlarının qorunması ilə bağlı müəyyən addımların atılmasına ümidlər yaratsa da, təəssüf ki, davamı gəlmədiyindən gözlənilən olmadı.

Hazırda təklif olunan dəyişikliyin qəbulu kənd təsərrüfatı sahəsində işçilərin əmək hüquqlarının üzərindən qalın bir xətt çəkmək deməkdir. Sadə şəkildə desək, dəyişiklik qəbul olunsa, artıq fermer hüquqi əsasdan çıxış edərək mövsümi cəlb etdiyi işçilərlə əmək müqaviləsi yox, mülki hüquqi xarakterli müqavilə bağlamağa səlahiyyətli olacaq. Bu isə o deməkdir ki, artıq o işçilər Əmək Məcəlləsinin verdiyi təminatlardan faydalana bilməyəcək, fermerlə işə cəlb edilən fiziki şəxslər arasında münasibətlər Mülki Məcəllə ilə tənzimlənəcək.

Bu nə deməkdir? Əvvəla, kənd təsərrüfatında çalışan (məsələn, üzümçülükdə, pambıqçılıqda) işçilərin zəhərlənmə (üzümə və pambığa bir neçə dəfə dərman vurulur), ilanvurma, günvurma kimi bədbəxt hadisələrdən icbari sığortası olmayacaq. Yəni, iş yerindəki bədbəxt hadisəyə görə fermer məsuliyyət daşımayacaq. Bundan əlavə, işçi əmək məzuniyyətindən, digər məzuniyyətlərdən istifadə edə bilməyəcək, iş vaxtının, nahar fasiləsinin tənzimlənməsi həyata keçirilməyəcək və sair.

Haqlı bir sual meydana çıxır ki, əgər fermerlərin əksəriyyətinin vergi orqanlarında qeydiyyatı yoxdursa, onda bu dəyişikliyin nə əhəmiyyəti var ki? Axı, söhbər vergi ödəyicisi olan fermerlə vergi ödəyicisi olmayan fiziki şəxs arasındakı münasibətlərdən gedir.

Elə məsələ də burasındadır ki, dəyişkilik heç də xırda fermerlərə üstün hüquqların tanınması məqsədilə hazırlanmayıb. Hazırda fermer – işçi münasibətlərinin necə qurulmasına pambıqçılıq sektoru üzərindən nəzər salaq. Pambıq əkmək istəyən şəxs (onun vergidə uçota durması tələb olunmur) rayonda fəaliyyət göstərən tədarük şirkətlərinin biri ilə müqavilə bağlayır. Müqavilə əsasında pambıq əkən kəndlinin bütün xərcləri həmin tədarük şirkəti tərəfindən ödənilir. Bura gübrədən, şumdan tutmuş, alağın edilməsinə, pambığın yığılmasına, daşınmaya qədər bütün xərclər daxildir. Məsələn, fermer yığılan pambığı həmin günün sonunda tədarük şirkətinin qəbul məntəqəsinə təhvil verir. Kondisiyalı (təmiz) çəki müəyyənləşdikdən sonra vəsait fermerin adi kart hesabına köçürülür. Məntiqlə fermer vergi ödəyicisi olmadığı üçün onun VÖEN hesabı da ola bilməz. Fermer vəsaiti kartdan nağdlaşdırır və pambıqyığanların pulunu ödəyir.

Göründüyü kimi yuxarıda təklif olunan dəyişkiliyin bu sxemdə tətbiqi mümkünsüzdür, çünki misalımızdakı pambıq əkən kəndlinin (bu çuğundur əkən də ola bilər, kartof əkən də) vergi qeydiyyatı yoxdur. Vergidə uçot yoxdursa, vəsaitin hərəkətinə nzəarət də yoxdur.

Bəs, onda bu dəyişikliyin kimlərə müansibətdə tətbiq olunması planlaşdırılır? Əsl sual da elə budur! Hazırda 153 min hektar ərazidə 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı fəaliyyət göstərir. 109 min hektar ərazidə isə 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş daha 18 aqropark və iri fermer təsərrüfatında isə layihələndirmə və tikinti-quraşdırma işləri həyata keçirilir. Bu aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb. Dövlət dəstəyi ilə aqroparkların yaradılması məmur sahibkarlığının və inhisarçılığın bariz nümunəsidir. Qeyd olunan dəyişiklik də məhz bu aqroparklarda və iri məmur təsərrüfatlarında mövsümi çalışan işçilərə şamil olunacaq.

Marqlıdır ki, mülki hüquqi xarakterli müqavilələrlə çalışanların vergi və sosial öhdəliyi kifayət qədər böyükdür. Belə müqavilə ilə çalışanlar “Sosial sığorta haqqında” qanuna görə 25 faiz məcburi dövlət sosial sığorta haqqı, Vergi Məsəlləsinə görə isə 14 faiz ödəmə mənbəyində vergi ödəməlidirlər. Bu vergi və sosial öhdəliyin tutulub ödənilməsi məsuliyyəti müqavilənin əsas tərəfi olan iş təqdim edən vergi ödəyicisinin üzərindədir. Təklif olunan dəyişkilik qüvvəyə minərsə, inhisarçı kənd təsərrüfatı istehsalçıları bir gülləylə iki dovşan vuaracaqlar: işçilərə olunan ödənişi öz xərclərinə daxil etdiklərindən ödədikləri qədər mənfəətlərini azaldacaq, üstəlik tarlalarında çalışdırdıqları işçilərin əmək hüquqlarına təminat vermək öhdəliyindən həmişəlik qurtulacaqlar.

Mülki hüquqi xarakterli müqavilələrin rəsmiləşdirilməsi kənd təsərrrüfatında mövsümi işlərdə çalışanların hesabına rəsmi işsizlərin sayını da əhəmiyyətli şəkildə azaldacaq.(pravda.az)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

İsmayıllıda 38 yaşlı kişi şəlalədən yıxılaraq ölüb

Ən çox oxunanalar