Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kimdir günahkar?” deyib barışdılar...

İki il bundan öncə bir-birinin ünvanına sərt sözlər deyərək qalmaqal yaşayan Xalq artisti Röya Ayxanla müğənni İradə İbrahimova barışıb...

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlcə Röya instaqram səhifəsində İradənin "Kimdir günahkar?" ifasını paylaşaraq onun adını "tag" edib.

İradə həmin görüntüləri "repost" edərək öz səhifəsində yayıb və belə şərh yazıb: "İnsanın həyatında gözəl şeylər olduqca daha çox paylaşmaq, coşdurmaq, o hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Röya, üstümüz, başımız hüzura, sevincə bulansın. Parılda".

"Sevmək, nə gözəl şeysən. Öz içindəki gözəllikləri başqa birində rast gəlmək gözəl hissdir. Səmimiyyətin qalmadığı bir dünyada səmimiyyət görmək çox təsəllivericidir. Röya, çox xoş oldu. Mahnıyla bu gecə atamı da anmış oldum. Bu ifanı çox sevərdi".

İ. İbrahimova daha sonra Xalq artistinə sual ünvanlayıb: "Doğrudan, görəsən kimdir günahkar?". R. Ayxan isə suala "gəl, artıq tanış olaq" şərhini yazıb.

Qeyd edək ki, iki tanınmış arasında qalmaqal İradənin Röya Ayxanın Türkiyədə ulduz ola bilməyəcəyini və buna görə əbəs yerə pul xərclədiyini açıqlamasından sonra başlamışdı. Bundan sonra Röya sənətçinin ünvanına ağır sözlər demişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar