Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp və Ərdoğan ciddi təzyiq altındadır

Prezident Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından jurnalist Camal Xaşuqcinin yoxa çıxması ilə bağlı bağlı izahat almaq üçün təzyiqlərlə qarşılaşır

Səudiyyəli jurnalist oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Türkiyə təhqiqatçıları onun öldüyünü irəli sürür. Monarx ailəsinin tənqidçisi olan jurnalistin qətli ilə bağlı şübhələr Səudiyyə Ərəbistanı hökuməti üzərinə düşür. Lakin rəsmi Ər-Riyad bu iddiaları rədd edir.

Fəallar Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi qarşısında Xaşuqcinin yoxa çıxması ilə bağlı cavab almaq tələbi ilə aksiya keçirib. Onlar jurnalistin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın əmrinə əsasən öldürüldüyü haqda şübhələrini bildirib.

Prezident Tramp səudiyyəlilərlə gərgin vəziyyəti müzakirə etdiyini deyib:

“Mən bunu kimin etdiyini öyrənməliyəm, çünki bəzi adamlar deyir ki, onu orayda daxil olanda görüblər, lakin oradan çıxdığını görməyiblər. Mən başa düşürəm. Amma biz ciddi yanaşırıq. Bu, dəhşətli bir şeydir”.

Hər iki partiyadan qanunvericilər bildirib ki, səudiyyəlilər Xaşuqcinin yoxa çıxmasına görə məsuliyyət daşıyırsa, Tramp administrasiyası bir iş görməlidir.

Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qraham:

“Bu, münasibətlər üzərində qara buluddur. Mən Səudiyyə Ərəbistanına həmişə dəstək vermişəm. Onlar kəşfiyyat məlumatlarının bölüşdürülməsi məsələsində yaxşı işlər görüb. Bizim İran və sünni islam kimi qarşılaşdığımız ümumi təhlükələr var”.

Konnektikut ştatından demokrat senator Kris Mörfi:

“Əgər Səudiyyə Ərəbistanı ABŞ-da yaşayan şəxsi konsulluqda tələyə salıb öldürürsə, Birləmiş Ştatların Səudiyyə Ərəbistanı ilə bizim hərbi, siyasi və iqtisadi ələqələrimizi nəzərdən keçirməsinin vaxtıdır”.

Ərdoğan da tərəfdarları və opponentləri tərəfindən eyni təzyiqlərlə qarşılaşır.

Yaxın Şərq üzrə beynəlxalq müxbir Borzu Daraği:

“Səudiyyəlilərin vəziyyəti başa düşdüyünü düşünmürəm. Bu, Küveyt deyil. Bu, İordaniya deyil. Bu, belə fəndlərin işlədildiyi Birləşmiş Ərəb Əmirlikləri də deyil. Bu, olduqca spesifik tarixə malik bir ölkədir və xarici ölkələrin burada belə əməliyyatlar keçirməsini xoşlamır”.

Türkiyə mətbuatı Səudiyyə Ərəbistanından 15 nəfərdən ibarət əməliyyat qrupunun keçən həftə Türkiyəyə gəldiyini və jurnalisti öldürüb, onun bədənini hissələrə böldüyü haqda məlumat verib. Belə görünməmiş hərəkət Ərdoğan hakimiyyətinə meydan oxumaq hesab edilir.

Lakin bu həm də Tramp üçün çətinlik yaradır. ABŞ-ın demokrat senatoru Gerri Konnolli “Amerikanın Səsi”-nin türk xidmətinə müsahibəsində deyib:

“Onun xaricə səfər etdiyi ilk ölkə olan Səudiyyə Ərəbistanında dəbdəbə ilə qarşılanması mərasimi və başqa tədbirlərdə Səudiyyə sistemini və Səudiyyə liderliyini sadəlövhlüklə qəbul etdiyi zaman fikrimcə, o, bilməyərəkdən vəliəhddə Səudiyyənin hərəkətlərinə görə məsuliyyət daşımayacağı bir münasibətlər qurulduğu haqda bir təsəvvür yaratmış olub”.

Keçən ildən Birləşmiş Ştatlarda yaşayan Camal Xaşuqci Washington Post qəzetinin yazarı idi.(Amerikanın səsi)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

İsmayıllıda 38 yaşlı kişi şəlalədən yıxılaraq ölüb

Ən çox oxunanalar