Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən Ruhanini kim və niyə təhdid edir?

İranın Qum şəhərində 5 nəfər din xadimi ölkə prezidenti Həsən Ruhaniyə qarşı plakat açdığı üçün saxlanılıb. Həmin din xadimləri "Ey müzakirə edilən adam, hovuz səni gözləyir!” şüarı yazılan pankart tutublar

Xəbərdə qeyd olunur ki, plakatda sözügedən “hovuz” kəlməsinin sui-qəsdə işarə edirmiş. Çünki bir il əvvəl dünyasını dəyişmiş İranın keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncaninin 2017-ci ilin yanvarında hovuzda ölüb.

Qeyd edək ki, əslində hadisə ötən ayın ortalarında Qumda bir toplantıda qeydə alınıb. Qumda məşhur “Feyziyyə” mədrəsəsində baş verib. Mədrəsədə keçirilən tədbirlərin birində ruhanilər tərəfindən 5 plakat qaldırılıb. Plakatların 4-də hökumət tənqid olunub, birində isə qeyd olunan təhdid cümlələri yer alıb. Plakatda “Ey müzakirələri şüar edən! Fərah hovuzu səni gözləyir” yazısı olub. Sözügedən Fərah hovuzu isə Rəfsəncaninin öldüyü yerdir. 2017-ci ildə Tehranın zənginlər yaşayan şimal hissəsində Fərah adlı hovuzda dincələrkən eks-prezident Rəfsəncani ürək çatışmazlığından dünyasını dəyişib. Əvvəlcə onun xəstəxanada öldüyü xəbərləri yayılsa da, sonradan orduya yaxın siyasətçilərdən biri eks-prezidentin hovuzda dünyasını dəyişdiyini yazıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Sözügedən toplantıdakı 5 plakatı qaldıranların hamısı polisə aparılıb, ancaq onların ifadələri alındıqdan sonra azad ediblər. Çünki İranda bir qayda olaraq hələ qədim zamanlardan ruhanilərin xüsusi imtiyazları var, onları xüsusi ruhanilər məhkəməsi mühakimə edir. Hətta siyasi motivli cinayətlər olsa belə, hökmü dövlət məhkəməsi deyil, Qumda fəaliyyət göstərən ruhanilər məhkəməsi verir. Bu mənada ruhanilər daha müstəqil və sərbəstdirlər.

Ancaq Həsən Ruhaninin məhz nüvə müzakirələri aparmasına işarə edərək Rəfsəncaninin aqibəti ilə hədələnməsi daha çox diqqət çəkir. İlk baxışdan bu hadisənin mühafizəkar qanadın sifariş etdiyi bir təhdid olduğu görüntüsü yaransa da, mühafizəkar qanadın prezidentə qarşı bu şəkildə bir ruhaninin dili ilə açıq təhdid göndərməsi inandırıcı deyil. Hətta bəzi mühafizəkar media bu hadisənin prezident ətrafı tərəfindən təşkil olunduğunu, məqsədin prezident Həsən Ruhaniyə qarşı ciddi təzyiq və təhdidlərin olduğunu nümayiş etdirmək məqsədi güddüyünü yazıb. Hər halda aydın məsələdir ki, son aylarda İranda ABŞ-ın təzyiqi ilə embarqoların kəskinləşməsi, inflyasiyanın sürətlənməsi bütün kəsimlərdə narazılığı daha da artırıb. Mümkündür ki, bu hadisə mühafizəkar ruhanilər arasında prezidentə qarşı hədsiz qəzəbin ifadəsi olub.

Ancaq plakatda məhz müəmmalı ölüm hadisəsinə işarə edilməsi də maraqlıdır. Həsən Ruhani “islahat” qanadına məxsus siyasətçidir. Bu qanadın əsas liderlərindən biri isə Haşimi Rəfsəncani olub. Ruhanini təhdid edən plakatda məhz Rəfsəncaninin müəmmalı ölümünün xatırlanması prezidentə üstüörtülü mesaj kimi görünür.

Marqlıdır ki, xarici mediaya bu xəbər təxminən bir ay sonra servis olunub. Baxmayaraq ki, yerli media artıq bu mövzunu necə deyərlər unudub. Lakin istənilən halda, Qumda Həsən Ruhaniyə qarşı plakat qaldırılması ölkənin ideoloji mərkəzi olan, dini-təhsil mərkəzi olan, böyük ayətullahların yaşadığı Qumda prezidentə qarşı müxalif şüarların yayılması ölkə içərisindəki narazılığın ən həssas “nöqtələrə” qədər gedib çıxdığını göstərir.(musavat.com)

pia.az


Etiket: Həsən Ruhani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay