Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brejnevin vaxtından bəri ən irimiqyaslı hərbi manevr

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Leonid Brejnevin vaxtından bu yana ən irimiqyaslı hərbi təlimlərin keçiriləcəyini elan edib

Müdafiə naziri təlimlərə 300 min nəfərə yaxın canlı qüvvə və 36 min vahiddən çox yerüstü hərbi texnikanın cəlb olunacağını bildirib.

“Bu təlimlər haradasa “Qərb-81”i (1981-ci ildə SSRİ-nin keçirdiyi və soyuq müharibə dövrünün ən irimiqyaslı təlimləri-red.) xatırladır, amma ola bilsin nələrə görəsə daha irimiqyaslı olacaq”-Şoyqu bildirib.

Rusiya müdafiə nazirinin sözlərinə görə, “Şərq-2018” adlı təlimlər sentyabrın 11-dən 15-nə qədər Mərkəz və Şərq hərbi dairələrinin bütün poliqonlarında keçiriləcək. Orada Sakit okean və Şimal donanması, o cümlədən Hava Desant Qüvvələri tam tərkibdə iştirak edəcək.

“Təsəvvür edin ki, eyni zamanda 36 min texnika hərəkətə gələcək-bunlar tanklar, BTR-lər, BMP-lərdir. Və bütün bunlar təbii ki, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə sınaqdan keçiriləcək”-müdafiə naziri deyib.

Rusiya KİV-ləri xatırladır ki, Brejnevin dövründəki “Qərb-81” təlimləri 1981-ci ilin sentyabrında Belarus, Kiyev və Pribaltika hərbi dairələrinin ərazisində, habelə Baltik dənizi akvatoriyasında keçirilib. Sovet ordusu ilə yanaşı təlimlərə Varşava blokunun bir neçə ölkəsinin qoşunları da qatılıb. Bu təlimlərdə ilk dəfə avtomatlaşdırılmış idarəetmə sistemləri və bir neçə yüksək dəqiqlikli silahlar ilk dəfə sınaqdan keçirilmişdi.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Məşhur meyxanaçının evinə basqın edildi    

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Ən çox oxunanalar