Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu infarkt keçirib?

Çox təəssüf ki, hər şey məhz bu cür baş verir. Bunun nə ilə bağlı olduğunu anlamaq çətindir. Təbii ki, artıq 18 yaşı çoxdan tamam olan hər bir insan kimi mən də bəzi xəstəliklərlə üzləşə bilərəm, amma xoşbəxtlikdən bu saxtakarlıqlarda mənə aid edilən xəstəliklərlə heç bir bağlılığım yoxdur...

Poliqon Bakupost.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Novaya vremya"nın əməkdaşının onun səhhəti haqda sosial şəbəkələrdə yayılan saxta məlumatlarla bağlı sualına cavabında deyib.

"Mən yalnız güman edə bilərəm ki, vicdansız şəkildə bu dezinformasiyanı yayanlar məşhurlaşmağa və ya məşhur adamların hesabına pul qazanmağa çalışırlar. Guya Azərbaycandakı klinikalardan birində işləyən həkim deyib ki, mən infarkt keçirmişəm. İstəyirəm, bütün xeyirxahları və bədxahları sakitləşdirim, ya da məyus edim: Mən heç vaxt infarkt keçirməmişəm, təzyiqdən əziyyət çəkməmişəm, bir sözlə, haqqımda yazılanların hamısı yalandır", - deyə Polad Bülbüloğlu vurğulayıb.

O, bu tendensiyanın çox təhlükəli olduğunu bildirib:

"Çünki söhbət insanların sağlamlığından gedir. Bu yaxınlarda isə mənim səsimi saxtalaşdırdılar... Bir sözlə, fırıldaqçılar yatmır. II Şuşa Qlobal Media Forumunda da dezinformasiyalar müzakirə olundu və cənab Prezident İlham Əliyev də bu mövzuya diqqət ayırdı. Həqiqətən də, informasiya kütlələrə təsir etmək üçün çox böyük gücə malikdir. Və əgər o, dağıdıcı qüvvə daşıyırsa və ya dezinformasiyadırsa, ondan onun yayılmasının hansı nəticələrə səbəb ola biləcəyini təsəvvür edin".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar