Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan İsraillə dost deyil”


Aviqdor Eskin: “Ölkəniz hələ də İsraildə səfirliyini açmayıb. Bunun özü çox şey deyir...”


Aviqdor Eskin qatı millətçi mövqeyi ilə tanınan məşhur İsrail jurnalisti və politoloqudur. O, keçmiş sovet respublikalarında da yaxşı tanınır.

A.Eskin 1974-cü ildə Soljenitsini dəstəkləyən vərəqələr yaydığına görə həsb olunub, 1975-ci ildə isə SSRİ-də iudaizmin əsas təbliğatçılarından biri olub. 1979-cu ilədək dissident fəaliyyətinə görə sistemli təqiblərə məruz qalıb.

1979-cu ildə İsrailə köçüb, 1982-ci ildə İsrail ordusunun tərkibində Livana qarşı müharibədə fəal iştirak edib. 1983-cü ildə Likud Partiyasından deputat Mixel Klyanerlə birlikdə İsraildə “Yeni sağlar hərəkatı”nı yaradıb. 1967-ci ildə zəbt edilmiş ərazilərin fələstinlilərə verilməsinin əleyhinə çıxış edir.

1981-1985-ci illərdə ABŞ-da İsrailin xeyrinə lobbiçiliklə məşğul olub, 1986-1990-cı illərədək gündəlik dini nəşrdə işləyib. 1987-ci ildə Qüdsdəki “əl-Əqsa” məscidini donuz başı ilə bombalamaq planına görə İsrail xüsusi xidmət orqanları tərəfindən həbs edilib, ancaq 1999-cu ildə məhkəmə ona bəraət verib. Çünki ittihamı sübut etmək mümkün olmayıb.

A.Eskinin ekstremist fəaliyyəti bununla da bitməyib. O, 2001-ci il, yanvarın  1-də bəzi ekstremist aksiyalar hazırlamaqda ittiham olunaraq 2,5 il həbs cəzası alır.

PİA.AZ bu maraqlı və ziddiyyətli yəhudi xadimlə müsahibəni təqdim edir: 

- İsrail Qərblə İran arasında nüvə anlaşmasına niyə qətiyyətlə qarşı çıxır?

- İsrail dünyanı aldadan Şimali Koreya presedentini yaxşı xatırlayır. Təhlükə var ki, Tehran da eyni cür hərəkət edəcək. İsraildə hesab edirdilər ki, İrana qarşı sanksiyaları saxlamaq lazımdır və daha sonrakı mərhələdə razılaşma əldə etmək olar.

- Vaxtilə İran İsraili tanıyan azsaylı müsəlman ölkələrindən biri idi, bu ölkədə heç vaxt antisemitizm mövcud olmamışdı. Buna baxmayaraq İsrailin İrana düşmən münasibəti var. Sizcə, niyə?

- Nə qədər ki İran İsraillə dost idi, bizim gözəl münasibətlərimiz var idi. Heç kimin şübhəsi yoxdur ki, məhz İran ayətullah Xomeyninin qismində İsraillə münasibətləri kəsdi, antiisrail terroruna və ritorikasına keçdi. Bizim qorxmaq fikrimiz yoxdur. İsrail İranı silahlanmada bir nəsil, hətta daha çox qabaqlayır. Bununla belə biz İranın nüvə başlıqlarına sahib olmasına dözə bilmərik. Bu ölkənin liderləri Xamneyi və Əhmədinejad dəfələrlə İsraili məhv etməklə hədələyiblər.

- Dünya bazarında neftin alıcılarından biri də İsraildir. İrana qarşı sanksiyaların yumşalması ona da sərf edər, axı İsrail nefti daha ucuz alardı. Elə deyilmi?

- İsrail neftin əsas hissəsini Azərbaycandan alır. Bizim ölkələrimiz arasında bir çox məsələlərdə qarşılıqlı anlaşma var. Lakin bizim siyasətimiz təkcə iqtisadiyyatla bağlı deyil. Əgər İran liderləri açıq şəkildə deyirlərsə ki onların əsas hədəfi İsraili məhv etməkdir, o zaman İsrail də adekvat cavab verməlidir.

- Məlumdur ki, İsrailin nüvə silahı var. Bəs onda İranın nüvə silahına malik olması məsələsi onu niyə belə narahat edir?

- Əgər İran öz siyasətini dəyişdirsə, o zaman İsrailin də mövqeyi dəyişər. Bax, elə bu günlərdə mən Moskva radiosunda iranşünas politoloq Rəcəb Səfərovla birlikdə çıxış edirdim. Birbaşa efirdə təklif etdim ki, İranla İsrail arasında sülh konfransı təşkil edək. O, qəti imtina etdi. Səfərov dedi ki, İran İsrailin müsəlman torpaqlarını işğal altında saxlaması ilə barışa bilməz. Mən ona xeyli güldüm: İran Azərbaycan müsəlmanlarının heç də bundan az olmayan torpaqlarını işğal altında saxlayan Ermənistanla dostluq edir. Bu, onlara mane olmur. Ancaq bizim Xevronda və Şxemdə mövcudluğumuz onların ürəyincə deyil...

- Bəs Azərbaycanla İsrail arasındakı münasibətlər barədə nə deyərdiniz?

- Azərbaycanla İsrail arasında sadəcə qarşılıqlı maraqlara əsaslanan münasibətlər var. Mən həmişə bu münasibətlərin möhkəmlənməsinin tərəfdarı olmuşam. Bununla belə biz başa düşürük ki, Azərbaycanın İsrailə münasibəti dost münasibətləri deyil. Budur, Gürcüstanla bizim münasibətlərimiz daha yaxın və açıqdır. Azərbaycan isə hələ də İsraildə öz səfirliyini açmayıb. Bunun özü çox şey deyir... 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar