Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə həvəskarları - Ermənsitanın revanşist müxalifəti sülh istəmir...

Mitinqin hədəfi birbaşa Paşinyan iqtidarı olmaqla bərabər, həm də Azərbaycan torpaqlarıdır...

Politoloq: “Ermənistanda müxalifətin, xüsusilə Rusiya tərəfindən kurasiya edilən bir neçə siyasi partiyanın mitinqlər keçirməsi Nikol Paşinyanın da maraqlarına cavab verir”.

“Paşinyan Qarabağ iddialarından da geri çəkilməyə hazırdır. Amma, indiki vəziyyətdə daxili siyasi börandan qorxur”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə sabah Ermənistan müxalifətinin keçirəcəyi mitinqi PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan müxalifəti aprelin 5-də xalqı meydanda mitinqə çağırıb. Mitinqin hədəfi birbaşa Paşinyan iqtidarı olmaqla bərabər, həm də Azərbaycan torpaqlarıdır. Parlamentdəki müxalif deputatlar bir-birinin ardınca açıqlamalar verir və bu mitinqin taleyüklü olduğunu xüsusi vurğulayırlar. Bu siyasi aksiyanı “Artsaxın” dəstəklənməsi və cəmiyyətin həyəcan siqnalı kimi təqdim edirlər. Mitinqin məqsədi Azərbaycanın irəli sürdüyü beş məlum maddəyə Ermənistan hakimiyyətinin cavabının nə olacağını dəqiqləşdirmək, iqtidarın mövqeyini müəyyənləşdirməkdir.

Ermənistanda baş verən son hadisələri PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Düşünürəm ki, Brüssel görüşündə də ciddi nəticələr olmayacaq. Amma, Brüssel görüşü həlledici ola bilər”.

Hazırda AzərbaycanErmənistan arasında vasitəçilyi Avropa İttifaqının apardığını xatırladan politoloq PİA.az-a bildirib ki, buna görə də reavanşistlər və Rusiya yönümlü partiyalar iki ölkə arasındakı münasibətlərin normallaşma sürəcindən narahatdır:

Ermənistanda müxalifətin, xüsusilə Rusiya tərəfindən kurasiya edilən bir neçə siyasi partiyanın mitinqlər keçirməsi Nikol Paşinyanın da maraqlarına cavab verir. Çünki Brüsseldə keçirilən görüşdə iki qarşıduran dövlət, yəni AzərbaycanErmənistan arasında vasitəçilyi Avropa İttifaqı aparır. Buna görə də reavanşistlər və Rusiya yönümlü partiyalar iki ölkə arasındakı münasibətlərin normallaşma sürəcindən narahatdır. Nikol Paşinyan da müxalifəti göstərməklə, masada status məsələsini qabartmağa çalışır.

Bu mitinq göründüyü kimi hər iki tərəfin maraqları baxımından həyata keçirilir. Azərbaycanın beş maddədən ibarət sülh təkliflərini Ermənistan qəbul edir. Amma, burada Ermənistan Qarabağ məsələsini yenidən ortaya atmağa çalışır. Düşünürəm ki, bu məqama görə Brüssel görüşündə də ciddi nəticələr olmayacaq. Amma, Brüssel görüşü həlledici ola bilər.

Məhəmməd Əsədullazadə: “Ermənistan lideri siyasi iradə ortaya qoyub, qarşılıqlı ərazi bütövlüyü məsələsini tam qəbul edərsə, Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul edərsə, sülh mümkündür və bu halda Ermənistanın təhlükəzilik problemləri də öz həllini tapmış olur”.

Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır. Bunun üçün Paşinyan Qarabağ iddialarından da geri çəkilməyə hazırdır. Amma, indiki vəziyyətdə daxili siyasi börandan qorxur. Bir tərəfdən də Rusiya Ukraynada uduzur. Hadisələrin inkişafına görə, Ermənistandan Rusiyanın 102-ci hərbi bazasının çıxarılması gündəmə gələ bilər ki, bu da Nikol Paşinyanın Rusiyadan aslılığana son qoya bilər. Lakin ona qədər Ermənistan digər dövlətlərdən, misal üçün ABŞ-da və Fransadan, ya da elə bütövlükdə Avropa İttifaqından təhlükəslik təminatı almaq istəyir və hazırda Yeravan bu fonda diplomatik səylər göstərir.

Lakin Ermənistan lideri siyasi iradə ortaya qoyub, qarşılıqlı ərazi bütövlüyü məsələsini tam qəbul edərsə, Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul edərsə, sülh mümkündür və bu halda Ermənistanın təhlükəzilik problemləri də öz həllini tapmış olur. Düşünürəm ki, Ermənistan buna gedəcək. Amma, bu proses indiki mərhələdə baş tutmayacaq. Sülh müqaviləsinin imzalaması üçün vaxt tələb olunacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar