Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada polisə 4 saat müqavimət göstərən şəxs yanan evdə ölüb - Yenilənib, Video

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyinin əməkdaşları martın 30-da qanunsuz silah ticarəti ilə məşğul olduğu ehtimal edilən şəxsin saxlanılması üçün Moskva vilayətinin Veşki kottec kəndində əməliyyat keçiriblər.

APA TASS-a istinadən xəbər verir ki, həmin şəxsin evində axtarış aparılarkən o, barrikada quraraq təhlükəsizlik qüvvələrinə atəş açıb.

Məlumata görə, həmin şəxs topdan və pərakəndə ticarət və tikinti şirkətinin baş direktoru, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Vladimir Bardanovdur.

Polis şübhəlinin həyat yoldaşına evi yoxlamaq üçün məhkəmə qərarını təqdim edib və içəri daxil olub. Həmin vaxt Bardanov pəncərədən avtomat silahlarla atəş açmağa və əl qumbarası atmağa başlayıb. Ümumilikdə onun təhlükəsizlik qüvvələrinə qarşı azı 20 qumbara atdığı deyilir.

O, hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı ciddi müqavimət göstərib, partlayış törədib və nəticədə yanğın baş verib. Daha sonra daha bir neçə partlayış səsi eşidilib.

Əməliyyat zamanı xüsusi təyinatlıların bir əsgəri ayağından yaralanıb.

Bildirilir ki, V.Bardanovla bağlı 148 min rubl vergi borcları da daxil olmaqla bir neçə icra prosesi aparılıb.

Əməliyyat zamanı Bardanovun ailə üzvləri evdə olsalar da, onlar yanan evdən uzaqlaşa biliblər. Şübhəli özü isə yanan evdə qalıb və ehtimal olunur ki, evin damında gizlənərkən orada ölüb.

Hazırda kənd polis tərəfindən mühasirəyə alınıb, oraya Milli Qvardiya qüvvələri yerləşdirilib.

İstintaq Komitəsi faktla bağlı cinayət araşdırmasına başlayıb. Prokurorluq istintaqı nəzarətə götürüb.

Hadisə şahidlərinin sözlərinə görə, təhlükəsizlik qüvvələrinə qarşı atəş açan şəxs öz evində pələng, ayı və vaşaqlardan ibarət şəxsi zoopark yaradıb.

***

Bu gün martın 30-da günorta saatlarında Rusiya Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva ətrafındakı Mıtişi şəhərinin elit kotteclərin yerləşdiyi Novıe Vışki qəsəbəsində qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxsin evinə baxış keçirməyə cəhd edib. Lakin hadisələr əsl “Hollivud” döyüş filmlərindəki kimi cərəyan etməyə başlayıb. Belə ki, ev sahibi güc strukturlarının nümayəndələrini içəri buraxmayıb və onlarla atışmağa başlayıb. Bu zaman o, iki azyaşlı uşağı və kürəkənini girov kimi istifadə edib. Daha sonra uşaqları buraxıb.

Hadisə yerinə əlavə qüvvələr, o cümlədən elit xüsusi təyinatlı dəstələr cəlb olunub, amma axşam saat 20 radələrində çoxsaylı xüsusi təyinatlı döyüşçülərin tənha atıcı ilə döyüşü hələ davam edirdi və onu zərərsizləşdirmək, yaxud tutmaq mümkün olmamışdı.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, xüsusi təyinatlılarla döyüşə girən şəxs 60 yaşlı Vladimir Bardanovdur. O, avtoservis sahibidir və əvvəllər özəl mühafizə şirkəti də olub, hazırda həmin şirkət işləmir. Şəxsin arsenalında çoxlu sayda silah-sursat qalıb və o, xüsusi təyinatlılarla saatlarla davam edən döyüşə girib. Bu zaman avtomatdan istifadə edib, onlara tərəf çoxsaylı əl qumbaraları atıb.

Əməliyyata “Rosqvardiya”nın “Rıs” xüsusi təyinatlı dəstəsi, “Bulat” və OMON-un “Zubr” xüsusi təyinatlı dəstələri cəlb olunub. Kottec mühasirəyə alınıb, amma xüsusi təyinatlılar heç cür evə yaxınlaşa bilməyiblər. Bardanov onlara tərəf vaxtaşırı olaraq əl qumbaraları atıb, kottecin ikinci mərtəbəsinə qalxan pilləkəni partladıb və ikinci mərtəbədə mövqe tutaraq çoxsaylı xüsusi təyinatlıların evə yaxın düşməsinə imkan verməyib. Son saatlara olan məlumata görə Bardanov xüsusi təyinatlılara tərəf 20-dən çox əl qumbarası atmışdı. Xüsusi təyinatlılar isə evə qumbaraatan zərbəsi endirib, bu zaman yanğın başlayıb, amma Bardanov təslim olmayıb. Atışma zamanı bir xüsusi təyinatlı yaralanıb, onu təcili yardım maşını ilə aparıblar.

Axşam saatlarında Bardanovun tutulduğu haqda xəbərlər yayılsa da bu xəbər təsdiqlənməyib, amma atışma səngiyib və bildirilirdi ki, xüsusi təyinatlılar hücumun yeni planını müzakirə edirlər.

KQB-nin “Alfa” xüsusi təyinatlı dəstəsinin veteranı Sergey Qonçarov baş verənləri şərh edərək deyib ki, Bardanovu “kottecin yaxşı möhkəmləndirilmiş olması səbəbindən” tutmaq mümkün olmur. Onun sözlərinə görə, bina və pəncərələr elə qurulub ki, snayperlər işləyə bilmir. “Mənim gördüyüm qədər bu, ciddi döyüş mövqeyidir, pəncələri balacadır və nəticədə snayperlərin işi çətinləşir. Üstəlik adamın böyük sursat ehtiyatı var və hücumun qabağını saxlaya bilir”,-ehtiyatda olan polkovnik bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Məşhur meyxanaçının evinə basqın edildi    

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Ən çox oxunanalar