Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əmirbəyov ABŞ-dəki görüşlərdə Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-yə səfəri çərçivəsində bir sıra amerikalı rəsmilərlə görüşərək Bakı – Vaşinqton münasibətləri ilə yanaşı Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ətrafında fikir mübadiləsi aparıb.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti, habelə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin sosial şəbəkə hesabında bildirilib.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-yə işgüzar səfəri çərçivəsində Ağ evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim, Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Məsələləri Bürosunda Mərkəzi Asiya İşləri Ofisinin direktoru, müdafiə naziri müavininin köməkçisi Laura Kuper və Nebraska ştatından respublikaçı senator Pit Rikettslə AzərbaycanABŞ ikitərəfli gündəliyi, AzərbaycanErmənistan sülh prosesinin hazırkı vəziyyəti və regionda baş verən son hadisələri əhatə edən konstruktiv və faydalı müzakirələr aparılıb”, – diplomatik missiyanın mətbuat xidməti qeyd edib.

Səfirliyin digər paylaşımında azərbaycanlı diplomatın “ABŞ Sülh İnstitutunun təşkil etdiyi dəyirmi masada tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüşdüyü” diqqətə çatdırılıb: “Tədbir zamanı AzərbaycanABŞ münasibətləri, davam edən AzərbaycanErmənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib”.

Eyni zamanda, Azərbaycanın dünya təşkilatındakı Daimi Nümayəndəliyinin məlumatında Elçin Əmirbəyovun “Nyu-Yorka işgüzar səfəri çərçivəsində BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari Dikarlo ilə görüşdüyü və AzərbaycanErmənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərini, regionda baş verən son hadisələri müzakirə etdiyi” vurğulanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Ən çox oxunanalar