Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məcburi sığorta bəlası, marginal maraqlar: “Onsuz da hadisə baş verəndə…” – Keçmiş millət vəkili

Bizdə sığorta dedikdə, daha çox məcburi pulyığma mexanizmi işə düşür...

İyun ayının 1-dən yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək ki, bu da əhali arasında narahatlıq doğurur.

Əksər ölkələrdə əmlakın sığortasının könüllü olduğunu nəzərə alsaq, Azərbaycanda da evlərin icbari sığortası qərarının ləğv edilməsi, könüllü sığortalanma mexanizminə keçilməsi məsələsini gündəmə gətirib.

Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli ölkəmizdə belə bir mexanizmin mümkün olub-olmaması məsələsini Yenicag.az-a şərh edib.

Ekspert ölkəmizdə sığorta institutunun normal inkişaf etdirilməsi üçün müəyyən şərtlərə əməl olunmasını vacib sayıb:

“Daşınmaz əmlakın sığortalanması məsələsi Azərbaycanda Kür daşqınlarından sonra gündəmə gəlmişdi. O zaman mən də millət vəkili olaraq təklif etmişdim ki, sürüşmə, daşqın zonalarında, təhlükə ehtimalı olunan yüksək riskli yerlərdə olan daşınmaz əmlakın icbari sığortalanması məcburi olmalıdır.

Sığorta şirkətləri əslində oliqarxiyanın məhsuludur və Azərbaycanda sığortanın könüllü növləri demək olar ki, çox azdır. Çünki bizdə sığorta dedikdə, daha çox məcburi pulyığma mexanizmi işə düşür.

Ona görə ki, bu şirkətlərin prinsipcə maraqları üstün tutulur, nəinki dövlət maraqları. Ona görə də hamının ümumikdə sığortaya cəlb olunması marginal maraqlara xidmət edir. Çoxsaylı müraciətlərə əsasən deyə bilərik ki, əslində hadisə baş verən zaman, çox vaxt əhalinin sığortası ödənilmir, yaxud da minimal həddə ödənişlər olur. Ümumiyyətlə, sığorta institutunun normal inikşaf etdirilməsi üçün könüllü sığorta prinsipləri, mexanizmləri təşviq olunmalıdır. Hadisə baş verdikdə, ödənişlər sistemi normal qurulmalıdır ki, istehlakçının hüquqları qorunsun. Təəssüf ki, bizdə bu mexanizm yoxdur”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar