Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenkodan Yeravana verilən mesaj: Rusiya Ermənistanı öz orbitində boğacaq? - Yeni plan nədir?

Ermənistanın Rusiya və Belarusun təsis etdiyi İttifaq dövlətinə qoşulması Cənubi Qafqazda hansı geosiyasi nəticələr doğura bilər?..

Politoloq: “Belarus prezidenti Aleksandr Lukaşenko İttifaq dövləti ilə bağlı verdiyi açıqlamasında Viladimr Putinin mesajını çatdırdı”.

“Nikol Paşinyan ölkəsini bu ittifaqa qoşulmasını qəbul etsə, növbəti seçkilərdə qalib gələ bilməz. Hətta seçkidən kənarda belə onu devirərlər. Ona görə də hesab edirəm ki, Ermənistan bu ittifaqda yer almayacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Moskvanın Ermənistanı tamamilə öz orbitində boğacağına anonsunu PİA.az-a şərh edərkən qeyd edib.

Rusiyanın ekspansiya təbliğatını aparan Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvanın Ermənistanı tamamilə öz orbitində boğacağına anons edən açıqlama ilə çıxış edib. Rusiya təbliğatçısı Vladimir Solovyova verdiyi müsahibəsində Rusiya və Belarusun təsis etdiyi İttifaq dövlətinə gələcəkdə qoşula biləcək MDB dövlətlərinin adlarını açıqlayan Belarus prezidenti Bir müddət sonra hətta Ukraynanı da bu ittifaqda gördüyünü dilə gətirib. Lukaşenkonun Ermənistanla bağlı fikirləri isə daha çox diqqət çəkib. Müsahibəsində Ermənistanın getməyə yeri olmadığını vurğulayan Belarus prezidenti “Ermənistan heç kimə lazım deyil, bunu onlar özləri də son hadisələrdən sonra yaxşı anladılar”, ifadəsini işlədib.

Bu ifadə isə Ermənistanda ciddi narahatlıq və etirazlar doğurub. Belarusun Ermənistandakı səfiri xarici işlər nazirliyinə çağırılıb və səfirə xəbərdarlıq edilib. Parlamentdə sualları cavablandlran ErmənistanIın baş naziri Nikol Paşinyan isə Lukaşenkoya belə cavab verib: “Ermənistan demokratik dövlətdir. Mən legitim yolla seçilmişəm və sizin kimi Yeravan küçələrində avtomatla gəzmirəm”. Sözlərinə davam edən Paşinyan Lukaşenkonun hakimiyyətinin dünya dövlətləri tərəfindən tanınmadığına işarə edərək, Belarusun təcrid olunmuş dövlət olduğunu vurğulayıb və belə təcrid dövlətlər arasında Rusiyanı da göstərib.

Lukaşenkonun Azərbaycanla bağlı fikirləri də maraqlı olub. Azərbaycanın Rusiya və Belarusun təsis etdiyi İttifaq dövlətinə qoşulmayacağını vurğulayan Belarus prezidenti Bakının Ankara ilə birlikdə addımlayacağını qeyd edib.

Xatırladaq ki, Qazaxıstan hadisələri zamanı Aleksandr Lukaşenko oxu Özbəkistana yönəltmişdi, indi isə o, Moskvanın təlimatı ilə Ermənistanı hədəf alır.

Lukaşenkonun dedikləri belə nəticəyə gəlmək olar ki, Kremlin Ermənistana dair yeni planları var və bu plan Ermənistanı Rusiya və Belarusun təsis etdiyi İttifaq dövlətinə qoşmaqdır. Məhz buna görə də Ermənistan gücdən salınır və acizləşdiriıir. Bəs Ermənistanın Rusiya və Belarusun təsis etdiyi İttifaq dövlətinə qoşulması Cənubi Qafqazda hansı geosiyasi nəticələr doğura bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Belarus prezidenti Kremlin təhdid ruporu olaraq çıxış edir. Çünki xalqının etimadını itirən Lukaşenkonun başqa yolu da qalmayıb”.

Lukaşenko kimi xalqı tərəfindən qəbul edilməyən və legitimliyi tanınmayan bir liderin Putinlə birgə yaratdığı bu ittifaqın uğurlu olmayacağını düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Lukaşenko özü də bu ittifaqa illərlə çəkən müzakirələrdən sonra heç də xoşluqla cəlb olunmayıb. Lukaşenko bu ittifaqa qoşulmağa məhz Belarusda aylarla davam edən kütləvi xalq etirazlarından sonra qoşulmağa məcbur olub:

“Əslində Belarus prezidenti Aleksandr Lukaşenko Solovyova verdiyi müsdahibəsində İttifaq dövləti ilə bağlı fikirlərini dilə gətirərkən Viladimr Putinin mesajını çatdırdı. Bilirik ki, Azərbaycana qarşı həmişə qərəzli və düşmən mövqeyi ilə seçilən Vladimir Solovyov Rusiya hakimiyyətinin əsas təbliğat ruporlarından biridi. Ona görə də Lukaşenkonun məhz ona berdiyi müsahibədə bu fikirləri dilə gətirməsi heç də təsadüfi deyil. Sadəcə Rusiya rəhbərliyi regionda yeni bir geosiyasi nizamı formalaşdırmaq üçün MDB məkanında üzv ölkələrə qarşı təzyiq mexanizmini işə salır. Lukaşenko demək olar ki, bu məsələdə Putinin təbliğat və təzyiq, hətta təhdid ruporu rolunda çıxış edir.

Qeyd edim ki, Belarusla Rusiya ittifaq dövləti yaradan Putin buraya digər MDB ölkələrini üzv etməyə çalışır və bu onun əsas hədəflərindən biridir. Bu ittifaqa qoşulan Aleksandr Lukasenko isə ümumiyyətlə Belarusun müstəqilliyini Rusiyaya güzəştə gedib. Ermənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və digər ölkələrin ittifaqa üzv edilməsi üçün Lukaşenkonun təhdid dolu açıqlaması ittifaq dövlətinin nə qədər çirkin bir siyasətlə həyata keçirildiyini göstərir.

Onu da qeyd edim ki, Lukaşenko özü də bu ittifaq xoşluqla qoşulmayıb. Bu ittifaq layihəsi hələ Yeltsinin dövründən gündəmdə idi. Lakin Lukaşenko uzun illər boyu müxtəlif yollarla manevrlər edərək bu ittifaqdan qaçmağa çalışırdı. Ancaq 2020-ci ildə Belarusda baş tutan prezident seçkilərindən sonra saxtakarlığa etiraz edən belarus xalqı ayağa qalxdı və xalqın bu dinc kütləvi etirazları aylarla davam etdi. Məhz bu hadisələrdən yararlanan Rusiya Lukaşenkonu ittifaq dövlətinə razı salmağa nail oldu. Öz hakimiyyətini qorumağa məcbur olan Lukaşenko isə bunun üçün Belarusun suverenliyini qurban verdi. İndi isə Belarus prezidenti Kremlin təhdid ruporu olaraq çıxış edir. Çünki xalqının etimadını itirən Lukaşenkonun başqa yolu da qalmayıb.

Məhəmməd Əsədullazadə: “Ermənistan qəti surətdə bu ittifaqda yer almayacaq. Qazaxıstan ittifaqa qoşula bilər. Amma, digər ölkələri, eyni zamanda Azərbaycanı da bu ittifaqa üzv etmək cəhdləri nəticəsiz olacaq”.

Mən düşnürəm ki, Ermənistan qəti surətdə bu ittifaqda yer almayacaq. Qazaxıstan ittifaqa qoşula bilər. Amma, digər ölkələri, eyni zamanda Azərbaycanı da bu ittifaqa üzv etmək cəhdləri nəticəsiz olacaq. SSRİ dağıldıqdan sonra Rusiyanın yaratdığı regional təşkilatların hamısı perspektivsiz olub. Lukaşenko kimi xalqı tərəfindən qəbul edilməyən və legitimliyi tanınmayan bir liderin Putinlə birgə yaratdığı bu ittifaq da uğurlu olmayacaq.

Vladimir Putin Qərblə yaşanan siyasi böhran fonunda çalışır ki, bu ittifaqı tez bir zamanda təsis etsin və genişləndirsin. Qazaxıstanda yaşanan yanvar hadisələri də bununla bağlı idi. Son nəticədə müstəqillik yolu ilə gedən Nazarbayevi hakimiyyətdən məhz bu yolla kənarlaşdıran Putin zəif iradəli Takayevi asanlıqla ittifaq dövlətinə cəlb edə biləcəyini düşünür. Ukrayna sərhədinə yığılan böyük ordu da məhz bu məqsədə xidmət edir. Kreml açıq mətnlə deyir ki, əgər Ukrayna yenidən Moskvanın orbitinə qayıtması, o zaman Ukraynanın ən azından yarısını işğal edəcək. Hazırda dünyanın əsas böhran nöqtəsi də Ukraynadır və Putinin bu avantüradan qalib çıxması üçün heş bir şansı yoxdur.

Sırf Ermənistana gəlincə isə, qeyd edim ki, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, Ermənistan bu ittifaqa qoşulmayacaq. Ermənistanda Qərbə meyilli hökumət var. Hətta Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq hesabına olsa belə, Ermənistan Rusiyanın orbitində olmayacaq. Nikol Paşinyan ölkəsini bu ittifaqa qoşulmasını qəbul etsə, növbəti seçkilərdə qalib gələ bilməz. Hətta seçkidən kənarda belə onu devirərlər. Ona görə də hesab edirəm ki, Ermənistan bu ittifaqda yer almayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

Ən çox oxunanalar